Elşad Hacıyevi ölümlə hədələyən şəxsə hökm oxundu

03, 03, 20
18:41

Elşad Hacıyevi ölümlə hədələyən şəxsə hökm oxundu


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevi sosial şəbəkədə ölümlə hədələyən, 1984-cü il təvəllüdlü Quliyev Fərid Novruz oğlu barəsində hökm çıxarılıb.

Azerbaycanrealligi.com xəbər verir ki, E.Hacıyevin vəkili Cavid Cəfərovun "Yeni Sabah"a verdiyi məlumata görə, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Fərid Quliyev Cinayət Məcəlləsinin 134.1 (ölümlə hədələmə) və 228.1-ci ( qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın