Qaynanasını döyən kürəkən saxlanıldı

23, 08, 19
20:09

Qaynanasını döyən kürəkən saxlanıldı

Qaynanasını döyən kürəkən saxlanıldı
Buzovnada qaynanasını döyməkdə şübhəli bilinən kürəkən saxlanıldı. Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azerbaycanrealligi.com-a bildirib ki,  Xəzər Rayonu, Buzovna qəsəbəsi, Ç.Müsafayev küçəsində G.Abdullayevin kürəkəni, Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı polisə daxil olan məlumat Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırılır.  Qohumlar arasında yaranan mübahisənin xüsusatları ilə bağlı həmin şəxslərin izahatları alınıb. 

Toplanan materiallar əsasında E.Bayramov şübhəli şəxs qisimində saxlanılıb. İzahatında E.Bayramov qeyd edir ki, avqustun 21-də günorta saatlarında həyat yoldaşı X.Hacıyeva aralarında mübahisə olduğu üçün onun evdən getməsini tələb edib, bundan sonra qaynanası G.Abdullayeva ona zəng edərək qızının uşaqla birlikdə onun evində gəldiyini bildirib.

Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb, və bundan əsəbiləşən E.Bayramov onların yaşadığı ünvana gedərək onlara fiziki təzyiq göstərərək xəsarət yetirib. Tərəflərin arasında yaranan mübahisə ilə bağlı müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir, əmələ hüquqi qiymət verilməsi üçün materiallar toplanılmaqla, xəsarətlərin dərəcəsinin təyin olunması üçün ekspertiza təyin olunub.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın