Pambıq zəhərlənməsinə görə kütləvi həbslər başladı

21, 06, 18
18:53

Pambıq zəhərlənməsinə görə kütləvi həbslər başladı

Azerbaycanrealligi.com saytına etibarlı mənbədən daxil olan məlumata görə, Azərbaycanın bölgələrində bir neçə gün əvvəl pambıq sahələrində insanların kütləvi şəkildə zəhərlənmələrinin baş verməsi ilə bağlı Ağır Cinayətlərə dair İstintaq İdarəsində cinayət işi açılıb. Faktla bağlı artıq bir neçə nəfər vəzifəli şəxsin həbs olunduğu deyilir. Onların Nərimanov Polis İdarəsində saxlanılması barədə məlumat əldə etmişik. Bir neçə nəfərin sabah məhkəmə qarşısına çıxardılıb barələrində həbs qəti imkan tədbiri seçiləcəyi gözlənilir. Etibarlı mənbə bildirir ki, onlar barəsində həbs qəti imkan tədbiri seçildikdən sonra ictimaiyyətə geniş məlumat veriləcəkdir.

Azerbaycanrealligi.com  

Bizimlə əlaqə saxlayın