Bakıda mikroavtobus yük maşını ilə toqquşdu - 6 yaralı

29, 07, 19
10:11

Bakıda mikroavtobus yük maşını ilə toqquşdu - 6 yaralı


Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azerbaycanrealligi.com-un məlumatına görə, Sahil qəsəbəsi yaxınlığında mikroavtobus yük maşını ilə toqquşub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı təcili yardıma çağırış saat 07:42-də daxil olub. Qəza yerinə 6 təcili tibbi yardım briqadası yollanıb.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün isə orta ağırdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın