Bakıda kriminal avtoriteti qətlə yetirənlər tutuldu - FOTO (YENİLƏNDİ)

08, 06, 19
03:00

Bakıda kriminal avtoriteti qətlə yetirənlər tutuldu - FOTO (YENİLƏNDİ)

Bakıda kriminal avtoriteti qÉtlÉ yetirÉnlÉr tutuldu - FOTO (YENÄ°LÆNDÄ°)
Hadisə "Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.
Güllələnərək öldürülən şəxsin adı Mübariz Budaqılıdr. Silahla qətl törətməkdə şübhəli bilinən şəxslərin adı məlum olub. Onların adları Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.
Cəlalov Taleh Hüseynov Səxavət ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübarizi öldürməkdə şübhəli bilinir.
Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı "BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.udaqlıdır. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.
***
7 iyun 20:09
Bakının Binəqədi rayonunda silahlı insident baş verib.
"Report"un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın