Ağdamda poçt şöbəsinin rəisi özünü asıb

03, 06, 19
10:03

Ağdamda poçt şöbəsinin rəisi özünü asıb

Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.
Azerbaycanrealligi.com xəbər verir ki, ONA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.


Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın