“Quli” ləqəbli Nadir Səlifov Bakıya gətirilib - ev dustağı edilib

01, 12, 18
17:23

“Quli” ləqəbli Nadir Səlifov Bakıya gətirilib - ev dustağı edilib


Ölkədə və ondan kınarda “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır. 
Azerbaycanrealligi.com xəbər verir ki, Bu barədə Musavat.com-un əməkdaşına onun yaxın dostlarından biri danışıb.

Müsahibimizin bildirdiyinə görə, Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib.
Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda “Quli” ev distağı şəraitində saxlanılır.

Qeyd edək ki, N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib.

Ancaq iki aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi, Türkiyə isə bu “göstərişi” yerinə yetirmək istəmirdi.
Belə görünür ki, artıq çıxış yolu tapılıb – “Quli” uzun illər cəza çəkdiyi ölkəyə göndərilib.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın