Gənc şair Elşad Barat yazıçı Anara şeir yazdi: "Ayıbdır Allah haqqı, Qürurundan ayıbdır"

24, 07, 18
16:15

Gənc şair Elşad Barat yazıçı Anara şeir yazdi: "Ayıbdır Allah haqqı, Qürurundan ayıbdır"


Bu günkü qəhrəmanım
Anar müəllim olsun
Hələ ki, fikirlərim,
Bir az mülayim olsun.

Başına dönüm sənin,
Ay Birliyin kralı,
Bəs deyilmi bu kadar?
Bir az dayan aralı.

Otuz ildi tutmusan,
Ədəbiyyat yolların.
Doğramısan gənclərin,
Ayaqların, qolların.

Ürəyinə daş deyən,
Xalqdan uzaq qalmısan,
Hələ xalq yazıçısı,
Adını da almısan.

Ayıbdı allah haqqı,
Qürurundan ayıbdı,
Təhminəndən ayıbdı,
Zaurundan ayıbdı.

Gözümüzdən salmısan,
Hər abzasın, cümləsin,
Beşmərtəbəli evin,
Altıncı mərtəbəsin.

Gənclər acından ölsün,
Sən ye əti, balığı.
Küsmədimi iştahın.
Ay sovetin qalığı?

Səksəni də keçmisən,
Getməyə həvəsin yox.
Qurultaydan həqiqi,
Bircə dənə səsin yox.

Özündən də savayı,
Düşünginən birini.
Qalx ayağa nə olar,
Bir gəncə ver yerimiz

Azerbaycanrealligi.com
 

Bizimlə əlaqə saxlayın