Azərbaycanda Polis sisteminin fəaliyyəti qüsursuzdur, şəffafdır.

21, 02, 22
09:11

Azərbaycanda Polis sisteminin fəaliyyəti qüsursuzdur, şəffafdır.


Azərbaycan Polisi hər bir vətəndaşın səmimi dostudur.  

General-polkovnik hörmətli nazir Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycanda Polis sisteminin fəaliyyəti qüsursuzdur, şəffafdır.  Dövlətini sevən hər bir vətəndaşın borcudur Polisə hörmətlə yanaşmaq. Polisə olan hörmət, dövlətə olan hörmətdir. Polis öz həyatını riskə ataraq qanunun keşiyində çox ləyaqətlə dayanır. Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət və sevgi var.

Polislərimizin təcrübəsi və yüksək psixoloji bilikləri hər bir vətəndaşla dostcasına ünsiyyət qurmağa imkan verir.  Şüpəsiz ki, heç bir vətəndaş Polis tərəfindən əsassız olaraq nə həbs edilmir, nədə ki, saxlanılmır. Bu bir faktdır ki, Azərbaycan Polisinin şüpəlini saxlamaqda yanılma etimalı sıfıra bərabərdir, o üzdən əsassız saxlanılma mümkünsüzdür.

Ölkədə təhlükəsizlik tam təmin olunur, cinayətkarlıqla ciddi və çox effektli şəkildə mübarizə aparılır. Heç bir cinayətkar dəstə, qruplaşma Azərbaycan dövləti üçün, xalqı üçün təhlükə yarada bilmir və bilməyəcəkdir.  Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün Polis əlindən gələni əsirgəmir. Polis vəzifəsini ləyaqətlə icra edir. 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın