Gəlin gedək Qarabağa - Yeganə Bağırovanın yeni şeirləri

15, 12, 21
12:36

Gəlin gedək Qarabağa - Yeganə Bağırovanın yeni şeirləri



"Azərbaycan Reallığı Yeganə Bağırovanın yeni şeirlərini təqdim edir. 

Gəlin gedək Qarabağa! 

Çiçəklənibdi yurdumuz,
Gəlin, gedək Qarabağa.
Tarix yazıbdı ordumuz,
Gəlin, gedək Qarabağa! 

Laçın,Qubadlı, Zəngilan,
İndi olub cənnətməkan.
Kəlbəcərə könlüm heyran,
Gəlin,gedək Qarabağa!

Gəzək Füzuli,Ağdamı,
Ağdərədən alaq kamı.
Verib əl-ələ biz hamı,
Gəlin, gedək Qarabağa!

Xankəndim, Xocalım qoşa,
Sevincindən aşıb-daşa.
Gəl-gəl deyir, bizə Şuşa,
Gəlin, gedək Qarabağa!

Ərənlər qalxdı savaşa,
Düşmənlər düşdü təlaşa.
Yaşa,ərən xalqım,yaşa,
Gəlin,gedək Qarabağa!

Torpağımız azad olub,
Qəlbimiz fərəhlə dolub.
Düşmən yerlə-yeksan olub,
Gəlin,gedək Qarabağa!

Əziz qardaşlar, bacılar,
Görməyək ağrı-acılar.
Hər sabah nurla açılar.
Gəlin,gedək Qarabağa!

Bizə sirdaş, istiqanlı,
Həm qocalı, həm cavanlı.
Türkiyəli, Pakistanlı,
Gəlin, gedək Qarabağa!

Xocavənddə dövrə vuraq,
Cəbrayılda məclis quraq.
Xoş günlərdən verək soraq,
Gəlin, gedək Qarabağa!

Göyçəmizi,Zəngəzuru,
Qoy  bəzəsin şəhid nuru.
Ürəklərdə dağ qüruru,
Gəlin,gedək Qarabağa!

Bəlli oldu həqiqətim,
Gerçək oldu, xoş niyyətim.
Zəfər müjdəli millətim,
Gəlin,gedək Qarabağa!

Qovaq qəlbdən dərdi,ahı.
Xoş keçirək hər sabahı.
Sevinsin hər şəhid ruhu,
Gəlin, gedək Qarabağa!

SƏNİNLƏ  QƏLBİM  ÖYÜNÜR

Azərbaycan  Respublikasının  Prezidenti, Ali  Baş  Komandanı   İlham  Əliyev  Cənablarına  ithaf  edirəm. 

Otuz illik  bir işğala,
Son qoydun öz hünərinlə.
Yadda qalan bir tarixi,
Yazdın şanlı zəfərinlə. 

Yağıları bu torpaqdan,
Qovdun,iti qovan kimi.
Kor qaldılar,düşmənlərin,
Gözlərini ovan  kimi.

Sən olmusan millətimin,
Xalqımın ən güvən yeri.
Çətin gələ bu dünyaya,
Sənin kimi mindən biri.

Bəlli oldu bu dünyaya,
Ər hünərin,cəsarətin.
Verdi gözəl bəhrəsini,
Doğru, düzgün siyasətin.

Arxa oldu  xalqımıza,
Həm Pakistan,həm Türkiyə.
Allah özü, əhsən" dedi,
Bu vəhdətə, bu birliyə.

Azərbaycan bayrağını,
Zirvələrə qaldırdın sən.
Qaniçən yağı düşməni,
Atdan yerə saldırdın sən.

Qorxusundan qaçıb getdi,
Qova-qova yordun onu.
Düşmənə aman vermədi,
Əzib qırdı Ordum- onu.

Cənab Ali Baş Komandan!
Səninlə qəlbim öyünür.
Azərbaycan eşqi ilə,
Qəlbim qəlbintək döyünür!

Qarabağ Azərbaycandır!

Sanmayın ki,torpaq daşdı,
Boynumuzu həsrət aşdı.
Ruhumuza bir sirdaşdı,
Qarabağ Azərbaycandır!

Üzeyirlər yetirəndir,
Xarıbülbül bitirəndir.
Yenilməyən bir Vətəndir,
Qarabağ Azərbaycandır!

Nemətləri bir dərmandır,
Sirli aləmdi,ümmandır.
Oğlu,qızı qəhrəmandır,
Qarabağ Azərbaycandır!

Damardakı qanımızdı,
Ruhumuzdu,canımızdı,
Şöhrətimiz,şanımızdı,
Qarabağ Azərbaycandır!  

Ruhumuz orda oyandı,
Arzumuz nura boyandı,
Haqq səsimizdə üsyandı,
QARABAĞ AZƏRBAYCANDIR!

AZƏRBAYCANREALLIĞI.COM

 

Bizimlə əlaqə saxlayın