HAYLARIN MƏNŞƏYİ...

18, 10, 21
08:58

HAYLARIN MƏNŞƏYİ...


Dünyada çox az millət tapmaq olar ki, ermənilər kimi cürbəcür etnosların qatışığından yaransın. Dillər arasında elə bir dil tapmaq cətindir ki, ermənilərin dili qədər hibrid olsun.

Dünyanın çoxlu ölkələrinə dağılmış ermənilər eyni dildə və eyni ləhcədə danışmırlar. 80-ə yaxın ləhcəsilə üç erməni dili vardır.

Bunu erməni alimləri özləri də etiraf edirlər. Akademik Manuk Xaçaturoviç Abeğyan yazır: “Erməni milləti çoxlu xırda etnosların assimilyasiyası nəticəsində yaranmışdır. Ermənilərin özləri kimi dilləri də hibriddir” (Абегян 1975.s.12-14).

Erməni millətinin müxtəlif etnik toplumlardan ibarət olduğunu ötəri şəkildə olsa da, akademik B.B.Piotrovski qeyd edir. Bildirir ki, bütün ermənilər eyni dilin və mədəniyyətin daşıyıcıları deyildirlər (Пиотровский 1946.s.3-26).

Ermənilər iki ad altında gizlənmişdir: hay və erməni.

Ancaq nə hayların indiki ermənilərə bir aidiyyatı var, nə armenakların.

Haylar qədim Ön Asiyanın prototürk etnoslarından biri idilər. Cəmi üç mənbənin bir yerində onların adı H`Ay kimi yazılmışdır. İstər Ön Asiyanın mixiyazılı kitabələrində, istər Misir papirus mətnlərində Hay nəslinin adı Ay kimi göstərilmişdir.

Yunan təhsilli keşişlər Ay nəslinin patriarxlarının adını Ayos yazırlar.

–os yunan dilində adlıq hal şəkilçilərindən biridir (Кероп Патканов 1883.s.244).

Təbrizli Arakelə görə Hayın adı Ayk olmuşdur (Аракел Даврижеци 1973.s.526). Yafəs dillərində -k çoxluq, etnk mənsubluq bildirən şəkilçidir. Ayk Aya sitayiş edən, totemik tanrısı Ay olan nəsil deməkdir.

Haylara qohum olan etnoslardan biri Günəşə, biri ulduza sitayiş edirdi. Eradan əvvəl VIII əsrə aid Urartu qaya yazılarında onların adı Kuyaş və Ultuz kimi yazılmışdır (Меликишвили 1960.s.175,445). Qədim Bulqar və Çuvaş dillərində kuyaş günəş deməkdir.

Musa Xorenli əsərin bir yerində Hay nəslini Ayli (Хоренский 1893.s.293), Asoğik Aylu adlandırır. Yazır ki, haylar: 1. Ayın haləsinə, 2. Qadın cinsinin cazibə qüvvəsinə aylusin deyirdilər (Асохик 1864.s.273).

Haylar necə erməni ola bilərlər ki, Aya ay, ulduza ultuz, Günəşə kuyaş deyirdilər? Haylar neçə erməni ola bilərlər ki, Adəm peyğəmbərə Atamxan, Həvvaya Eva deyirdilər (Никита Эмии 1864.s.29). Eva Şumer mənşəli ilahədir.

387-ci il müqaviləsinə görə Parfiya mənşəli arşakidlərin dövləti iki yerə bölündü. Ölkənin beşdə biri Bizansın, beşdə dördü sasanilərin ərazisinə qatıldı. Hakim nəsillərin, o cümlədən hayların çoxu döyüşlərdə öldürüldü. Salamat qalan xırda nəsillər qul oldular. İki yüz ildən sonra dillərini unudub yunan və fars dillərinin təsirinə uğramış yeni dildə aşxarabarda danışmağa başladılar.

Ermənilərin çoxlu Qul təxəllüslü aşıqları var. Onların qul adı 387-ci ildən I Pyotrun dönəminə qədər davam etdi. Çariça Yekaterina xüsusi sərəncam verib, qul adını onların üstündən götürdü.

Ermənilərin özlərinə Hay deməsi Dunay slavyanlarının özlərinə Bolqar deməsinə bənzəyir. Qədim bulqarlar türk dilli, indiki bulqarlar slavyan dillidirlər. Arxaik haylar bir qədər samiləşmiş türk idilər, indiki ermənilər yunanlaşmış, sasaniləşmiş arilər, qaraçılardır.

Ətraflı bilgi üçün bax: İlhami Cəfərsoy. H`Ayların və Armenlərin mənşəyi. Bakı, 2020.s.3-64.

İlhami Cəfərsoy 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın