Bayram Nurluya möhtac buraxılan Azərbaycan... Jalə Mütəllimova - Seyidli yazır
Bayram Nurluya möhtac buraxılan Azərbaycan... Jalə Mütəllimova - Seyidli yazır
Indi nəinki əhli məmləkət, elə məmləkətin özü də Bayram Nurluya və orta statistik bir qrup müğənniyə möhtac qalıb. Ictimai rəy, yəni insanların beyni elə yuyulub ki, anlamaq istəmirlər sən vətəndaş-müğənnini tənqid eləmirsən, sən "siyasətçi"-müğənnini tənqid edirsən. Bir də onlara ödənişlə söz dedirdən sahiblərini. Niyə? Dövlətin vəsaitini alıb kefdə-damaqda olanlar hanı? Hanı o kəslər ki, dövlətin piarını editlər deyə, yüz minlərlər hər ay vəsait ödənir ciblərinə? Və o vəsait təkcə yaxşı həyat üçün verilməyib. Həm də yaxşı həyat üçün verilib. Bunu unudanlar çoxdur. Özü də reytinq falan veclərinə deyil. O üzdən də məmləkət Bayram Nurluya möhtacdır. Sözün həqiqi mənasında. Ötən həftə Yasamalda yaşanan polis-vətəndaş insidenti bunu isbatladı. Bayram efirlərində əməlli ağsaqqalıq elədi. Adam utanır, yer axtarırsan girib o rda oturasan ki, səni görən olmasın. Peşəndən xəbər tutmasın kimsə. Çünki hara fırlasan sən günahkarsan. Öz aramızdır niyə sən yox, Bayram milyon reytinqlidir. Çünki ona "stavka" olunur. Çünki milləti iradəli, üətiyyətli yox, bayramfason görmək istəyirlər.
Bir qolu ideologiyasızlığa dirənir.