İsrailin səfirini Azərbaycanda KİMLƏR HƏDƏFƏ ÇEVİRİR? İran İZİ...

16, 03, 23
16:00

İsrailin səfirini Azərbaycanda KİMLƏR HƏDƏFƏ ÇEVİRİR? İran İZİ...


Bugünlərdə belə bir status yazmışdım ki, İsrailin Azərbaycandakı səfiri George Deek etnik baxımdan ermənidir. Daha doğrusu, onun nənəsi erməni olub. Dini baxımdan da o fərqlidir. Belə ki, George Deek musəvi yox, xristiandır. Ərəb əsilli İsrail vətəndaşı kimi tanınır. Əslində bu, köhnə söhbətdir. 

Təzə olan odur ki, ermənilər hələ də onu ittiham edirlər, vətən xaini kimi suçlayırlar. Deyirlər ki, onun nənəsi Türkiyədən qovulan ermənilər arasında olub. Ancaq o, Türkiyədə baş verən hadisələri genosid kimi yox, faciə kimi dəyərləndirir. Bu isə ermənilər üçün vətənə xəyanət kimi bir şeydir...

Həmin statusu daşnak ermənilərin ABŞ-dan yayımlanan “armenianweekly” saytında George Deekin əleyhinə getmiş məqalədən söhbət açmışdım. Demişdim ki, biz Azərbaycan olaraq əliqabarlı erməni xalqına yox, erməni faşizminə nifrət edirik. George Deek isə Azərbaycanda ən çox sevilən səfirlər sırasında öndə gəlir...

Tez-tez olduğu kimi, bu dəfə də bu statusu bəziləri kiçik düzəlişlərlə öz adından paylaşdı. Hətta bəzi saytlar bu yazını öz adına çıxdı. Belə “özələşdirmədən sonra” mənim yazdığım statusun mahiyyəti dəyişdi. George Deek-ın erməni faşizmindən müdafiəsi üçün yazılmış status onun əleyhinə çevrildi. Xüsusən İrana bağlı bəlli şəbəkə bu fürsətdən eninə-geninə yararlandı...

Ona görə bu məsələyə bir daha qayıtmalı oldum. George Deek Azərbaycana ən çox dəstək verən İsrailin səfiridir. Və öz missiyasını da ləyaqətlə yerinə yetirir.

İsrail isə o ölkədir ki, ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq 44 günlük müharibə dönəmində, elə indi də Azərbaycana ən yüksək səviyyədə dəstək verib. O da bəllidir ki, Amerika İsraildən Azərbaycana verdiyi dəstəyi dayandırmağı tələb edib. İsrail isə deyib ki, biz müttəfiqimizi yarı yolda qoymuruq...

Nədən Azərbaycanda bəziləri George Deekə münasibətdə özünü daşnak ermənilər kimi aparır? Səbəb bəllidir. Ancaq mən cənab səfirə də, onun təmsil etdiyi ölkəyə də Azərbaycana ən həlledici dönəmdə dəstək verdiyinə görə təşəkkür edirəm... 

Elbəyi Həsənli 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın