3 gündən sonra tapıldı. Qapaqdan su içə bildiyinə sevindilər. ÜRƏK PARÇALAYAN GÖRÜNTÜ - VİDEO

08, 02, 23
12:00

3 gündən sonra tapıldı. Qapaqdan su içə bildiyinə sevindilər. ÜRƏK PARÇALAYAN GÖRÜNTÜ - VİDEO


Türkiyədə fevralın 6-sı baş verən güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında çox sayda insan aşkar edilərək xilas olunur. Bu şəxslərdən biri də Suriya vətəndaşı olan azyaşlı bir uşaq olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, uşağın görüntülərini İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu öz instaqram hesabında paylaşıb.

Onun sözlərinə görə, azyaşlının adı Məhəmməddir və o, Antakyada dağıntılar altından xilas edilib.

Görüntülərdən xilasedicilərin Məhəmmədə su verdiyini və sakitləşdirdiyini görmək mümkündür.

İmamoğlu “Afərin Məhəmməd” deyərək videoya şərh bildirib.


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın