SON DƏQİQƏ: Həlak olanların sayı 6234 nəfərə çatdı

08, 02, 23
14:00

SON DƏQİQƏ: Həlak olanların sayı 6234 nəfərə çatdı


Türkiyədə zəlzələ nəticəsində 6234 nəfər həlak olub, 37 mindən çox insan xəsarət alıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Türkiyə vaxtı ilə saat 6:15-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.

Zəlzələnin ardından 647 afterşok qeydə alınıb.

Xilasedicilər zamanla yarışaraq dağıntılar altından sağ qalan insanları çıxarırlar. Məsələn, Şanlıurfada bir uşaq zəlzələdən 47 saat, Hatayda iki qadın 48 saat, Kahramanmaraşda bir kiçi 52 saat sonra xilas edilib.

Qeyd edək ki, Azərbaycanlı xilasedicilər üçü uşaq olmaqla 16 nəfəri dağıntılar altından sağ çıxarıb.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın