Türkiyədə zəlzələ qurbanlarının sayı 2 316 nəfərə çatdı

07, 02, 23
10:00

Türkiyədə zəlzələ qurbanlarının sayı 2 316 nəfərə çatdı


Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın