İRAN AZƏRBAYCANDAN RƏSMİ QAYDADA NİYƏ ÜZR İSTƏMƏDİ? - BUNLARIN ZATI QIRIQDIR

29, 01, 23
14:00

İRAN AZƏRBAYCANDAN RƏSMİ QAYDADA NİYƏ ÜZR İSTƏMƏDİ? - BUNLARIN ZATI QIRIQDIR


“Bu, öncədən planlaşdırılan terror hücumudur. Həmin şəxsin uşaqları ilə guya səfirliyə gəlməsi, hansısa “məişət vəziyyətinə” görə, bunu etməsi əslində qurulan siyasi səhnədir. Bir haldakı İran səfirliyi maneə olmayıbsa, səfirliyimizin təhlükəsizliyinə təminat verməyibsə, əksinə buna şərait yaradıbsa, deməli müəyyən orqanların bu işdə əli var. Burada hadisənin kimin törətməsindən asılı olmayaraq məsuliyyəti İran dövləti daşıyır”.

"Azərbaycan Reallığı" bildirir ki, bu sözləri  ADP sədri Sərdar Cəlaloğlu Tehranda Azərbaycan səfirliyinə edilən xain hücum haqqında danışarkən bildirib.

Partiya sədri xüsusilə vurğulayıb ki, əgər səfirliyin təhlükəsizlik xidməti bu hücumun qarşısını almasaydı, terrorçu içəridə daha ağır nəticələr törədə, diplomatlarımızı öldürə bilərdi: “Eləcə də səfirliyi yandıra, səfiri də öldürə bilərdi. Bunların heç biri istisna edilmir”.

Cəlaloğlu deyib ki, hadisəni törədən şəxs mühakimə olunmalıdır: “Amma burada əsas məsələ İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi, Azərbaycan səfirliyinin təhlükəsizliyinə təminat verməməsidir. Buna da beynəlxalq hüquqa uyğun şəkildə qiymət verilməlidir. Eləcə də İrandan konsepsiya tələb etməliyik.

İranda dəfələrlə Azərbaycanla bağlı radikal çıxışlar olub, səfirliyimizin önündə aksiyalar da təşkil edilib. İran hökuməti də indiyə qədər ortaya konkret münasibət qoymayıb.

“Aydın məsələdir. İran Azərbaycanla düşməndir. Əksi olsaydı İran rəhbərliyi dərhal hərəkətə keçərdi. Məsələn, İranın ölkəmizdəki səfirliyi dərhal Xarici İşlər Nazirliyinə gələrdi, rəsmi başsağlığı verərdi, üzr istəyərdi. Eləcə də İran xarici işlər naziri səfirliyimizə baş çəkər hadisəni pisləyən bəyanatla çıxış edərdi. Amma bunu etmirlər. Çünki bizə düşmən kimi baxırlar”. 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın