"Lənət şeytana, biz nəyi gözləyirik?.." - Boris Conson Kiyevə təyyarələr verməyə çağırış etdi

27, 01, 23
15:00

"Lənət şeytana, biz nəyi gözləyirik?.." - Boris Conson Kiyevə təyyarələr verməyə çağırış etdi


"Belə dostlar tank eskadrilyasından daha qiymətlidir. Conson ilk gündən Ukrayna xalqı ilə birlikdə olub..." 

"Siz mütləq qalib gələcəksiniz, çünki müstəqillik uğrunda mücadilə edirsiniz..." 

"Gəlin, Ukraynanın növbəti və ya sonrakl illərdə deyil, elə 2023-cü ildə qalib gəlməsinə kömək edək..." 

"Kiyev uğrunda döyüşdə Ukrayna ordusu dünyanın ən qorxulu güman edilən ordusunu darmadağın edib..."
 
"Rusiya ordusu mənəvi cəhətdən düşkündür, onların döyüş sursatları çatışmır, amma əhali ehtiyatı böyükdür..." 

"Əgər Ukrayna quru yol körpüsünü geri ala bilsə və ya bu ərazini iki yerə bölə bilsə, bu, Kiyevin qələbəsi, Moskvanın məğlubiyyəti olacaq. Putin üçün oyun bitəcək..." 

Boris Conson Ukrayna haqqında məqalə yazıb, Kiyevə yardımı üç dəfə artırmağa və təyyarələr verməyə çağırış edib 

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynaya səfər edib. O, bir neçə ay öncə Rusiyanın işğalı altında olan və döyüş əməliyyatları nəticəsində dağıdılan Buça və Borodyankanı ziyarət edib, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Taras Şevçenko adına Kiyev Milli Universiteti tələbələri ilə ünsiyyətdə olub.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Boris Conson səfərdən sonra Britaniyanın "Daily Mail" nəşrində dərc edilən müəllif məqaləsində yazıb. Məlumatı "QORDON" internet nəşri yayıb. 

"Belə dostlar tank eskadrilyasından daha qiymətlidir. Biz Boris Consonu Ukraynada salamlamaqdan məmnunuq. Bu adam ilk  gündən Ukrayna xalqı ilə birlikdə olub", - sosial şəbəkə istifadəçiləri yazıb.
 
"Siz qəhrəman nəslin nümayəndələrisiniz. Siz qalib gələ bilərsiniz. Və siz qalib gələcəksiniz, çünki müstəqillik uğrunda mücadilə edirsiniz", - Conson tələbələrlə görüşündə deyib.
 
"İnsanlar Ukraynaya silah verəcəyimiz təqdirdə eskalasiyadan narahatdır. Mən Buçada olmuşam. Bundan da artıq eskalasiya ola bilərmi? Ukrayna bütün mümkün yardıma layiqdir", - o, qeyd edib.
 
Zelenski ilə görüşdə sülh sammitinin hazırlanması və Ukraynanın təklif etdiyi sülh düsturunun gerçəkləşməsi məsələləri müzakirə edilib. Conson  deyib ki, Ukraynanın müttəfiqləri müharibəni tez bir zamanda, elə 2023-cü ildə bitirməyə kömək edəcək.  
 
Consonun məqaləsindən əsas məqamlar 

"Conson Ukraynada nələri gorüb?" 

Yanvarın 23-də Boris Consonun "Daily Mail" nəşrində dərc edilən məqaləsində o, Ukraynaya qələbə üçün lazım olan bütün zəruri silahların verilməsinə çağırış edib.
 
"Ukrayna qalib gələndə, bu, bütün dünyanın eşidəcəyi siqnal olacaq. Gəlin, ona növbəti və ya sonrakı illərdə deyil, elə 2023-cü ildə qalib gəlməsinə kömək edək".
 
"Ukrayna qalib gələcək, lakin ona yardım etmək lazımdır" 

Öz məqaləsində Conson Buçada mülki əhali arasında qurbanlardan danışıb. "Küçədə əlləri bağlı cəsədlərə baxın. Mənimlə birgə Borodyankada çoxmərtəbəli evin qaralmış qalıqları, yerindən çıxarılan santexnika və dağıdılan uşaq oyuncaqları yanında dayanın", - o, çağırış edib.
 
Conson Kiyevin ətrafında baş verənləri dəhşətli adlandırıb, lakin vurğulayıb ki, Rusiyanın işğalı altında qalan ərazilərdə işgəncələr, qətllər və zorlamalar davam edir.
 
"Bu cəsur ukraynalılara baxın və sualıma cavab verin: lənət şeytana, biz nəyi gözləyirik?" - o, sual edib.
 
Yardım göstərilməsində ləngimələr üçün əsas yoxdur, Conson hesab edir. Ukrayna müharibədə qalib gəlir və qalib gələcək, o, vurğulayıb və buna şübhə etməməyə çağırış edib. Conson Kiyev ətrafında döyüş əməliyyatlarının izlərindən, istehkam qurğularından danışıb və vurğulayıb ki, Ukrayna ordusu Kiyev uğrunda döyüşdə "dünyada ən qorxulu güman edildiyi ordunu darmadağın edib".
 
Rusiya qoşunlarının Kiyev ətrafından qovulması "müasir dünyanın ən böyük hərbi qəhrəmanlığı kimi" tarixə düşəcək, bunu USQ  Xarkov vilayətini və Xersonu azad edərkən də təkrarlayıb.
 
O, əmindir ki, Ukrayna Rusiya qoşunlarını bütün ərazilərindəm qova bilər və bunu edəcək.
 
"Ukraynalılara qaçılmaz qələbənin əldə edilməsində nə qədər tez kömək edə bilsək, onların əzabları bir o qədər tez bitər, bütün dünya, Rusiya da daxil olmaqla, Putin fəlakətindən bir o qədər tez qurtular", - Conson yazıb.
 
Qərb Ukraynaya yardımı iki, üç dəfə artırmalıdır, o, vurğulayıb.
 
"Rusiya ordusu mənəvi cəhətdən düşkündür, Putin isə "cavab zərbəsi" hazırlayır" 

Rusiya ordusu mənəvi cəhətdən düşkündür, onların döyüş sursatları çatışmır, lakin Putinin müharibəyə səfərbər oluna biləcək əhalinin böyük ehtiyatları var, Conson vurğulayıb.
 
Putin hazırda cavab zərbəsi hazırlayır. Əgər Ukrayna buna asanlıqla tab gətirə bilsə, müttəfiqlərin yardımı müharibənin növbəti mərhələsi üçün lazımdır, məqalədə deyilir.
 
"Növbəti mərhələ Ukraynanın "quru yol körpüsü"nü geri qaytarması və qələbəsidir" 

"Quru yol körpüsü" deyəndə Conson hazırda Rusiyanın nəzarətində olan Donbasdan Krıma qədər quru ərazini nəzərdə tutur, bu səbəbdən Ukraynanın Azov dənizinə çıxışı bağlıdır.
 
Consonun fikrincə, əgər Ukrayna bu ərazini geri ala bilsə və ya irəliyə gedib onu iki hissəyə bölə bilsə, bu, Kiyevin qələbəsi, Moskvanın məğlubiyyəti olacaq. Putin üçün "oyun bitəcək".
 
"Qələbə üçün lazım olan silahlar" 

Bu məqsədin gerçəkləşməsi üçün Ukraynaya, Consonun sözlərinə görə, Qərbdə  "bol olan" silahlar lazımdır.
 
Söhbət uzaqvuran artilleriya, döyüş təyyarələri, zirehli maşınlar və tanklardan gedir. Uzaqvuran artlilleriyasız Ukrayna işğalçıların silah ambarları və komanda mərkəzlərinə zərbələr vura bilmir, təyyarələr bu məqsədlər üçün lazımdır, Conson izah edib. Tanklar Ukraynaya Rusiya tərəfindən işğal edilən ərazilərin azad edilməsi üçün lazımdır, o, vurğulayıb.
 
Consonun məqaləsinin sonunda qeyd edib ki, Böyük Britaniyanın Ukraynaya hərbi yardım göstərilməsi, o cümlədən "Çellencer-2" tanklarının verilməsi prosesində iştirakı ilə qürur duyur. "Başqalarının da bizim kimi hərəkət etməyinin zamanı yetişib", - o, fikirlərinə yekun vurub.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841  

Bizimlə əlaqə saxlayın