“Dünyanın ən gözəl qızı” Nigeriyada tapıldı - Fotolar

28, 07, 18
01:15

“Dünyanın ən gözəl qızı” Nigeriyada tapıldı - Fotolar











Ceyr adlı nigeriyalı qız İnstaqramın yeni fenomeninə çevrilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Ceyrin qeyri-adi gözəlliyə malik olmasıdır. Bir anda sosial şəbəkənin ulduzuna çevrilən Ceyr qara qıvrım saçlara, ala gözlərə sahibdir.
Qızcığazın şəkillərini çəkən fotoqraf  Mofe Bamaiva onları İnstaqram hesabında yerləşdirərək “Bəli, o, insandır, həm də mələk” yazıb. Fotolar qısa zamanda böyük marağa səbəb olub. “Dünyanın ən gözəl qızı” adlandırılan Ceyrin fotolarını minlərlə izləyici bəyənib. 
Qeyd edək ki, Ceyrdən əvvəl “Dünyanın ən gözəl qızı” statusunu Anastasiya Knyazova və ondan qabaq isə Tilan Blondo qazanmışdı. 




Bizimlə əlaqə saxlayın