Rusiya üçün dəhşət?..

09, 11, 22
12:00

Rusiya üçün dəhşət?..


"NASAMS PUA-lar, ballistik raketlər, helikopterlər, təyyarələr, qanadlı raketlər və başqa hədəfləri aşkar edib məhv etmək üçün nəzərdə tutulan raket kompleksidir" 

Ukrayna HIMARS-dan əlavə NASAMS raket kompleksləri və Aspide raketlləri alacaq.
 
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib və Ukraynanın tərəfdaşlarına silah tədarükünə görə minnətdarlıq edib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə "RBK" nəşri məlumat yayıb. 

"Bu silah Ukrayna ordusunu əhəmiyyətli dərəcədə gücləndirəcək və səmamızı təhlükəsiz edəcək. Biz bizə hücum edən düşmən hədəflərini vuracağıq. Tərəgdaşlarımızdan Norveç, İspaniya və ABŞ-a çox sağ ol deyirik", - nazir deyib.
 
NASAMS Norveç istehsalı olan kiçik və orta mənzilli raket kompleksidir, kiçik və orta yüksəklikdə manevr edən aerodinamik hədəflərlə mübarizə üçün nəzərdə tutulub.  
 
Kompleks PUA-lar, ballistik raketlər, helikopterlər, təyyarələr, qanadlı raketlər və başqa hədəfləri aşkar edib məhv etmək qabilyyətinə malikdir.
 
Məhvetmə məsafəsi 180 km-dək təşkil edir. Məhvetmə hündürlüyü-21 km-dəkdir. Bir raketlə hədəfi məhv etmə ehtimalı 0, 85-dir.
 
Aspide İtaliya istehsalı olan hava hədəflərini məhv edən orta mənzilli idarə edilən raketlər xəttidir.
 
Əvvəllər ekspertlər qeyd edib ki, Ukraynaya verilən HIMARS yaylım atəşli reaktiv sistemlər cəhbədə vəziyyəti köklü şəkildə dəyişib.
 
HIMARS sistemlərini döyüşə hazırlamaq üçün 2-3 dəqiqə lazımdır. Sistem atəşdən 20 saniyə sonra yerindən çıxarılır ki, bu da cavab zərbəsini istisna edir.
 
Hər bir raketin dəyəri çox baha (155 min dollaradır) olduğundan ukraynalılar hədəfləri dəqiq seçir, düşmənin qərargahlara, silah anbarlarına və kazarmalara zərbələr vurmağa üstünlük verir.
 
Amerika ekspertləri Ukraynanın döyüş meydanında üstünlüyü ələ keçirmək üçün 60-100 belə qurğuya malik olmalıdır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın