TƏCİLİ! ABŞ ordusu döyüşə hazır vəziyyətə gətirildi - Bu gecə yeni müharibə olacaq?

06, 11, 22
15:00

TƏCİLİ! ABŞ ordusu döyüşə hazır vəziyyətə gətirildi - Bu gecə yeni müharibə olacaq?


ABŞ Körfəz bölgəsində yerləşən döyüş təyyarələrini ABŞ və Səudiyyə Ərəbistanı qüvvələri üçün ümumi yüksək hazırlıq vəziyyəti çərçivəsində İran səmtinə göndərib.

"Azərbaycan Reallığı" “The Washington Post”a istinadla xəbər verir ki, bu, Səudiyyə Ərəbistanı kəşfiyyatının İranın Səudiyyə Ərəbistanındakı müəyyən hədəflərə hücum edəcəyi ilə bağlı xəbərlərdən sonra edilib.

"Wall Street Journal"ın son İran təhdidi ilə bağlı xəbərini təsdiqləyən Ağ Ev rəsmisi ABŞ hərbi təyyarələrinin Körfəzə istiqamətlənməsini şərh etməkdən boyun qaçırıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi "Voice of America"ya müsahibəsində cümə günü Şimali Koreyanın 180-dən çox hərbi təyyarəsi havaya qalxması barədə məlumatlara münasibət bildirib.

Kirbi ABŞ-ın təxribatlara hər an hazır olduğunu açıqlayıb.

"Biz uzun müddətdir ki, Şimali Koreyanın istənilən vaxt nüvə sınağı keçirə biləcəyini deyirdik. Buna görə də bacardığımız qədər vəziyyəti izləyirik. Aydındır ki, biz bu təxribatlardan narahatıq. Biz həmçinin bildirdik ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı ilkin şərt olmadan Kim Çen In və Pxenyan rejimi ilə danışıqlar aparmağa hazırıq. Şimali Koreya isə əksinə, yarımadada gərginliyin artmasına böyük maraq göstərir. 

Biz hərbi cəhətdən bütün nəticələrə hazır olduğumuzdan əmin olmalıyıq. Yarımadadakı ABŞ qoşunlarının dediyi kimi, lazım gələrsə, onlar bu gecə döyüşməyə hazırdır. Buna görə biz Cənubi Koreyalılarla çoxdan planlaşdırılan bir illik təlim keçiririk. Biz həm onlarla, həm də Yaponiya müttəfiqlərimizlə, həm də birlikdə üçtərəfli təlimlər keçirmişik, çünki hərbi cəhətdən hazır olduğumuza əmin olmalıyıq" - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib.

O bildirib ki, gərginliyi artıran yeganə tərəf Kim rejimidir:

"Bizim Cənubi Koreya ilə bağlı təlimlərimiz və müqavilə öhdəliklərimiz isə müdafiə xarakteri daşıyır. Deməli, burada təhrik edən, yarımadada gərginliyi və qeyri-sabitliyi artıran yalnız bir tərəf var. Buna görə də biz Pxenyanı yarımadanın nüvəsizləşdirilməsi ilə bağlı dialoqa başlamaq üçün heç bir şərt qoymadan təklifimizi qəbul etməyə çağırırıq".

Con Kirbi ABŞ-ın Ukraynaya silah yardımından da danışıb:

"Biz Ukrayna hərbçilərinin artıq necə istifadə edəcəklərini bildikləri T-72 tanklarının bəzilərinin təmirinə kömək etməyə çalışacağıq. Biz ukraynalılarla birlikdə işləyirik. Demək olar ki, hər gün onların imkanları, nəyə ehtiyacları olduğu barədə maraqlanırıq. Hazırda əsas diqqət hava hücumundan müdafiəyə yönəlib. Birləşmiş Ştatlar bu münaqişənin başlanğıcından hava hücumundan müdafiəni təmin edir.

Biz rusların mülki infrastruktura atdığı PUA və qanadlı raketləri vurmağa kömək etmək üçün daha təkmil imkanlarla nə edə biləcəyimizi nəzərdən keçiririk. Həmçinin müttəfiqlər və tərəfdaşlarla işləyirik, 40-a yaxın başqa ölkə Ukraynaya təhlükəsizlik yardımı edir – Fransa, İspaniya, Almaniya bəzi əlavə hava hücumundan müdafiə imkanlarının təmin edilməsində böyük töhfələr veriblər".

ABŞ rəsmisi Moskva ritorikasını yumşaltması barədə fikirlərə də münasibət bildirib: (Rusiya “nüvə müharibəsində qalib gəlmək olmaz” deyib)

"Nüvə müharibəsi heç vaxt aparılmamalıdır və bu, əlbəttə ki, belə müharibədə heç kim qalib gələ bilməz. Gərginliyi, Ukrayna daxilində müharibəni gücləndirmək üçün onsuz da heç bir səbəb yoxdur. Çox sayda ukraynalı öldürülüb, xeyli insan yaralanıb, çox sayda insan evlərindən didərgin düşüb və indi başqa ölkələrdə sığınacaq axtarırlar. Müharibə bitməlidir. Putin düzgün iş görsəi, bu gün bitə bilər".

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın