Rusiyadan "U dönüşü" - Putini razı salmağı bacaran Ərdoğanın SİRRİ NƏDİR?

Dünya / Manşet
 4-11-2022, 17:00     408



"Rusiya öz qurduğu tələyə düşür..."

Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq qərarından sonra Türkiyənin səyləri nəticəsində bu sazişin bərpa olunması Qərbdə, xüsusilə də Avropa İttifaqında müsbət qarşılanıb. 

Moskvanın qərarından geri dönəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin Rusiya və Ukrayna arasında mühüm vasitəçi olduğunun təsdiqi kimi qəbul edilib, Qərbdə narahatlıqlar müvəqqəti də olsa, səngiyib.

Avropa İttifaqı, ABŞ, Ukrayna, Rusiya Türkiyəyə təşəkkür edib, bu ölkənin diplomatik səyləri yüksək qiymətləndirilib.

ƏRDOĞANIN SİRRİ NƏDİR?
a902426392c0dedcfda506f3bb67acdc.jpeg (82 KB)
İngiltərənin “The Guardian” qəzetində bu hadisəyə geniş yer ayırıb. Qəzetin xəbər və şərhlərində “Rusiya diplomatik və iqtisadi cəhətdən daha da təkləndikcə Türkiyənin təsiri açıq şəkildə artdı” kimi ifadələr işlədilib.

Xəbərdə Türkiyə prezidenti Ərdoğanın müharibə ilə bağlı danışıqlarda mühüm bir qüvvə kimi ortaya çıxdığı vurğulanıb və onun əsir mübadiləsində aparıcı rol oynadığı xatırladılıb.


Kənd təsərrüfatı bazarlarını araşdıran SovEcon şirkətinin rəhbəri Andrey Sizov deyib:


“Ankaranın burada son sözü deyə biləcəyini və Türkiyənin Putinə bu qədər təsir göstərəcəyini gözləmirdim. Mənə, həqiqətən də maraqlıdır. Görəsən, Ərdoğanın sirri nədir?!”


RUSİYA ÖZ TƏLƏSİNƏ DÜŞÜR

1265264.jpg (179 KB)
Qərb mətbuatı yazır: “Ukraynadan taxıl daşıyan gəmilərin qarşısını kəsmək və ya bu istiqamətdə təhdidlərinin blef olduğunu üstüörtülü şəkildə etiraf edən Kreml qlobal ərzaq böhranını yenidən alovlandırmamağa üstünlük verir. Rusiya sazişi dayandıranda məlum oldu ki, Moskvanın heç bir planı yoxdur”.

Kreml eksperti Tatyana Stanovaya "Telegram" paylaşımda yazıb ki, Moskvanın razılaşmanı dayandırmağa çalışarkən, digər tərəflərin razılaşma olmadan davam edəcəyini nəzərə almadı: “Kreml öz tələsinə özü düşdü. Necə çıxacağını bilmir”.

Nigar Cəfərli

AZƏRBAYCANREALLIĞI.COM