Simonyan porno saytların köməyi ilə RT-nin trafikini artırıb

03, 11, 22
09:00

Simonyan porno saytların köməyi ilə RT-nin trafikini artırıb


Marqarita Simonyanın simasında “Russia Today” kanalı 7 iyul 2020-ci ildə Sobol, Navalnı və jurnalist Aksana Panovaya qarşı qaldırdığı “işgüzar nüfuzun qorunması üzrə” iddiasını geri götürüb.

İddiaya səbəb Lyubov Sobolun araşdırması olub. Jurnalist Simonyanın porno saytlar da daxil olmaqla, digər resursların köməyilə baxış və şərhlərin sayını artırdığını sübut edib.

Rusiya mətbuatında işıqlandırılmayan işin bağlanması Sobolun haqlı olduğu anlamına gəlir.


Qeyd edək ki, “Rossiya Seqodnya” və RT media qrupunun baş redaktoru Marqarita Simonyan RT-nin “YouTube” kanal şəbəkəsinin on milyard baxış sayına çatdığını, hətta CNN-i də qabaqladığını dedikdən sonra Sobol araşdırmaya başlayıb. O, sübut edib ki, baxış və aktivlik sayını yüksək göstərməklə Simonyan media qrupunun milyardlarla dollarlıq büdcəsini əsaslandırıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın