“Putin Ukraynaya SEPAH hərbçilərini də gətirdi“- İran köhnə ampulasında

13, 10, 22
13:00

“Putin Ukraynaya SEPAH hərbçilərini də gətirdi“- İran köhnə ampulasında


Çox güman ki, Putin rejimi Rusiya hərbçilərinə "Şahed-136" pilotsuz uçan aparatlarından istifadə qaydalarını öyrətmək üçün İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli iranlı hərbçiləri Ukraynanın işğal olunmuş ərazilərinə yerləşdirib. 

"Azərbaycan Reallığı" Ukrayna mediasına istinadla xəbər verir ki, bu məlumatı Amerika Müharibənin Tədqiqi İnstitutu ("ISW") yayıb.

"ISW" Ukrayna Milli Müqavimət Mərkəzinə istinadla xəbər verir ki, Rusiya ordusu komandanlığı hərbçilərə hücum dronlarından istifadə üzrə təlim keçmək üçün Krımdakı Cankoy, Jeleznıy Port və Xerson vilayətinin Qladovtsı şəhərlərinə qeyri-müəyyən sayda iranlı təlimatçı gətirib. Mərkəz bəyan edib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə “Şahed”lərin buraxılmasına birbaşa nəzarət edirlər.

İslam İnqilabı Keşikçiləri Korpusunun İran pilotsuz təyyarələrinin əsas operatoru olduğu güman edilir, ona görə də bu iranlı təlimatçılar həmin qurumun əməkdaşları və ya tərəfdaşları ola bilər.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın