Sizi aldadıb xəyanət etdilər: "Bizim prezident öz ordusu ilə bir yerdədir. Bəs sizinki haradadır?" - VİDEO

08, 10, 22
13:00

Sizi aldadıb xəyanət etdilər: "Bizim prezident öz ordusu ilə bir yerdədir. Bəs sizinki haradadır?" - VİDEO


"Biz döyüşməkdən dərhal imtina edənlərin həyatına, təhlükəsizliyinə və ədalətinə zəmanət veririk..." 

"Siz Rusiyanı faciədən hələ xilas edə bilərsiniz..." 

"Bizim prezident öz ordusu ilə bir yerdədir. Bəs sizinki haradadır?.." 

"Müharibədən sonra hətta sağ qalan əlsiz-ayaqsızlar belə öz ölkəsində rüsvay olacaq..." 

Ukraynanın müdafiə naziri rusiyalı əsgərlərə müraciət edib... 

"Azərbaycan Reallığı" xəbər verir ki, Ukraynanın müdafiə naziri Rusiya ordusunun hərbi qulluqçularına müraciət edərək, bundan sonra da rüsvayçılıqdan yan keçmək üçün müharibəni dərhal dayandırmağa çağırış edib. 

"Suzi aldadıb xəyanət etdilər. Sizə yüngül gəzinti vəd edib, amma tələyə saldılar. Siz kimlərinsə fantaziyaları və saxta məqsədlərinin bədəlini qanınızla ödəyirsiniz.

İndi sizi dinləmirlər, çünki sizi dinləmək öz səhvlərini etiraf etmək deməkdir. Moskva isə həqiqəti sevmir. Onlara sizin  NATO-nun uydurulan böyük qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olmağınız barədə danışmaq daha asandır. 

NATO ölkələri bizə silah tədarük edir, bu, həqiqətdir. Amma bu silahla sizi ukraynalı döyüşçülər vurur. Siz bunu bilirsiniz. Prezident Vladimir Zelenski cəbhəni ziyarət edir, atəş altında olan Lisiçansk, yaxud asad edilən İzyum olsun, fərq etməz. Bizim prezident öz ordusu ilə bir yerdədir. Bəs sizinki haradadır?..
 
O, sizin gözlərinizin açılmasından və nifrətinizdən, sizin ədalətli qəzəbinizdən qorxur", - Reznikov rus dilində videomüraciətində deyib.
 
Nazir düşməni təhqir etməyib, əksinə, Rusiya ordusunu dünyanın ən güclü ordularından biri adlandırıb və deyib ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı "Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun işlərini diqqətlə öyrənməsini və indi bu elmi döyüş müydanında savadlı şəkildə tətbiq etməsini etiraf etməkdən utanmır".
 
Reznikov xəbərdarlıq edib ki, Putinlə daha heç kim danışıqlara getməyəcək, Rusiyada onu əvəz edənlər isə məğlubiyyətin bütün məsuliyyətini sıravi əsgərlərin üzərinə qoyacaq. Bu o deməkdir ki, hətta sağ qalan əlsiz və ayaqsızlar belə öz ölkəsində rüsvay olacaq.
 
Ukraynada anlayırlar ki, həm hakimiyyətin yuxarı eşelonlarında itirilən imtiyazlara görə, həm də xalqın içərilərində Putinə qarşı narazılıq onun avtoritar hakimiyyəti üçün getdikcə daha böyük təhlükəyə çevrilir, Rusiyanı isə uduzulan müharibə fonunda ciddi daxili təlatümlər gözləyir. 
 
Rusiyalı çağırışçıların, müqavilə ilə xidmət edənlərin və müharibəyə cəlb edilən sabiq məhbusların döyüş ruhunun aşağı olmasını nəzərə alaraq, cəbhədəki əsgər və zabitlərdə Ukrayna müdafiə nazirinin başqa çağırışı da əks-səda doğura bilər:
 
"Biz döyüşməkdən dərhal imtina edənlərin həyatına, təhlükəsizliyinə və ədalətinə zəmanət veririk".
 
O, Rusiyanın bütöv şəhərləri dağıtdığı bu müharibədən sonra rusiyalı hərbçilərin tarixdə "oğrular, zorlayanlar və qatillər kimi" qalacaqları barədə düşünməyi təklif edib.
 
Reznikovun sözlərinə görə, müharibədən sonra onlar "öz əsgərlərinin - əlillərin, dul qadınlarının və yetimlərin gözlərinə baxmalı olacaq", çünki "Kremldən heç kim onlara yaxın duran olmayacaq".
 
Sonda Reznikov deyib: "Siz Rusiyanı faciədən, Rusiya ordusunu alçaldılmaqdan hələ xilas edə bilərsiniz. Lakin zaman keçir, onu əldən verməyin".


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın