Ərdoğan-Paşinyan görüşü ilə bağlı açıqlama: “Yaxın günlərdə...”

30, 09, 22
11:00

Ərdoğan-Paşinyan görüşü ilə bağlı açıqlama: “Yaxın günlərdə...”


Tezliklə Ermənistanın Baş naziri ilə Türkiyə Prezidenti arasında görüş baş tuta bilər. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə “Svoboda” radiostansiyasına müsahibəsində Ermənistanın Türkiyə ilə danışıqlar üzrə emissarı, parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.

O bildirib ki, yaxın vaxtlarda Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında görüş baş tuta bilər.

“Doğrudan da, bir neçə gündən sonra Praqada Ərdoğanla Paşinyan arasında görüş ola bilər.

Gündəm Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesidir. Bununla bağlı mövqeyimiz dəyişməyib.

Biz Kılıçla iyul ayında üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması və yüklərin birbaşa hava daşınması imkanlarının yaradılması ilə bağlı məlum razılaşma əldə olunanda görüşdük. Sentyabrın 14-də sərhəddə iki ölkənin müvafiq departamentlərinin nümayəndələri arasında bu iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli idi. Lakin sentyabrın məlum hadisələrə görə Türkiyə tərəfinin tələbi ilə görüş təxirə salınıb.

Ankara açıq şəkildə vasitəçi rolunu öz üzərinə götürməyə, bütün gücünü buna sərf etməyə hazır olduğunu göstərməyə çalışır.

Vasitəçilər, bir qayda olaraq, neytral tərəflər ola bilərlər. Hesab edirəm ki, indi Ermənistan-Azərbaycan münasibətləri və Bakının Ermənistan ərazisini “işğal etməsi” fonunda Türkiyəni heç kim neytral adlandıra bilməz”, – Rubinyan deyib.

Xatırladaq ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı görüş keçiriolməli idi. Lakin Türkiyə bu görüşü erməni tərəfinin Azərbaycana qarşı aqressiyasına görə təxirə salıb.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın