Zelenski: “Ukrayna ərazi güzəştinə getməyəcək“

28, 09, 22
16:00

Zelenski: “Ukrayna ərazi güzəştinə getməyəcək“


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın işğal etdiyi bütün ərazilərin qaytarılacağını bildirərək bu məsələdə heç bir güzəştin olmayacağını söyləyib. 

“Azərbaycan Reallığı” UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə ABŞ-ın Harvard Universitetinin müəllim və tələbə ictimaiyyəti ilə feysbuk üzərindən görüşündə bildirib.

Zelenski Ukraynanın qələbəsindən bəhs edərək deyib ki, ölkəsinin ərazi bütövlüyü bərpa olunmalı, torpaqları ədalət və həqiqətin təmini üçün qaytarılmalıdır: “Əks təqdirdə, Rusiya torpaqlarımızı işğal edəcək. Bu baxımdan, təcavüz Rusiyaya baha başa gəlməlidir. Təəssüf ki, qəhrəmanlarımızı, həlak olanlarımızı geri qaytara bilməyəcəyik, ancaq biz ədaləti bərpa edəcəyik. Ədalət torpaqlarımız geri qayıdanda başlayacaq".

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın