"Ukraynaya qarşı cinayət törədilib və biz ədalətli cəza tələb edirik..."

24, 09, 22
15:00

"Ukraynaya qarşı cinayət törədilib və biz ədalətli cəza tələb edirik..."


"Kimliyinizdən, harada olmağınızdan, nəyə inamınızdan asılı olmayaraq, bu, damarlarınızda qanı dondurmalıdır..." 

"Onlar danışıqlardan dəm vurur, amma hərbi səfərbərlik elan edir, Ukraynanın işğal etdikləri ərazilərdə saxta referendum keçirirlər..." 

"101 ölkəyə qarşı cəmi 7 ölkə BMT prinsiplərinə qarşı çıxıb..."  

BMT Baş Assambleyasında çıxış edən Zelenski Rusiyanı Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırış edib.
 
Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatını xüsusi tribunal yaratmağa və Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırış edib.
 
"Ukraynaya qarşı cinayət törədilib və biz, ədalətli cəza tələb edirik".

 "Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir  Zelenski BMT Baş Assambleyasına əvvəlcədən yazılan videomüraciətində deyib. 

Müraciət Rusiya prezidenti Vladimir Putinin 300 min nəfər ehtiyatda olanların səfərbərliyi barədə elanından bir neçə saat, Ukraynaya qarşı müharibəsindən isə yeddi ay sonra səsləndirilib.
 
"Cinayətə görə cəza, sərhədlərimizin və ərazi bütövlüyümüzün pozulmasına görə cəza tələb edirik. Və bu cəza beynəlxalq birlik tərəfindən tanınan sərhədlərimiz bərpa edilməyənədək qüvvədə olmalıdır", - o, iştirakçılara müraciət edərək deyib.
 
Bir neçə ölkənin nümayəndə heyəti onun bu nitqini ayaqüstə alqışlarla qarşılayıb, lakin Rusiya və bəzi ölkələrin nümayəndələri yerindən tərpənməyib.
 
Zelenski Moskvanın danışıqlar barədə xatırlatmasına etinasız yanaşaraq bəyan edib ki, onun hərəkətləri hər şeydən gur səslənir.
 
"Onlar danışıqlardan dəm vurur, amma hərbi səfərbərlik elan edirlər. Onlar danışıqlardan dəm vurur, amma Ukraynanın işğal etdikləri ərazilərində saxta referendumlar keçirirlər", - o, deyib.
 
Bu ərəfədə isə Ukraynanın işğal edilmiş dörd regionlarında separatçılar elan edib ki, dörd gün ərzində, sentyabrın 23-dən Rusiyanın tərkibinə qatılmaq barədə referendumlar keçirəcək. Ukrayna və müttəfiqləri səsverməni saxta adlandırıb.
 
Rusiya qoşunları Ukraynanın işğal etdiyi ərazilərində hərbi cinayətlər törətməkdə ittiham edilir. Rusiya bu ittihamları inkar edir və iddia edir ki, mülki şəxslərə hücum etmir.
 
Putin BMT Baş Assambleyasında iştirak etmir, Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edir.
 
Zelenskinin başlıca mövzusu Ukraynadakı müharibə olan illik sammitdəkı çıxışı ən gözlənilən olub. Bir çox ölkələrin rəsmi şəxsləri vəziyyətlə bağlı narahatlığını bildirib və bəyan edib ki, Rusiyanın hərbi müdaxiləsi BMT-nin əsasını təşkil edən prinsipləri, o cümlədən sülh, dialoq və suverenliyə hörmət edilməsi prinsiplərini sarsıdır.
 
ABŞ prezidenti Co Bayden öz çıxışında Ukraynaya böyük diqqət yetirib.
 
"Bu müharibə Ukraynanın bir dövlət kimi, bir xalq kimi mövcud olmaq hüququnun məhvinə yönəldilib, bu, açıq-aydındır. Kimliyinizdən, harada olmağınızdan, nəyə inamınızdan asılı olmayaraq, bu, damarlarınızda qanınızı dondurmalıdır, - o, belə deyib. - Əgər ölkələr öz imperiya ambisiyalarını nəricəsi olmadan gerçəkləşdirə bilirlərsə, biz bu təsisatın çıxış etdiyi bütün şeyləri təhlükə altına atırıq. Hər şeyi".
 
Döyüş əməliyyatları artıq ona gətirib çıxarıb ki, BMT-nin bəzi orqanları Moskvanın hərbi müdaxiləsindən bir neçə gün sonra BMT Təhlükəsiz Şurasının Rusiyadan Ukraynaya hücumuna son qoymağı tələb edən qətnaməsinə veto qoyandan sonra Rusiyanın əleyhinə çıxış etməyə başlayıb.
 
Mart ayında Baş Assambleya geniş tərkibdə Rusiyanın Ukraynaya qarşı təcavüzünü səs çoxluğu ilə pisləyib, atəşin dərhal dayandırılmasını, habelə milyonlarla mülki şəxslərin müdafiəsini tələb edib. 
 
Assambleyanın qətnamələri icra üçün  mütləq deyil, lakin onlara veto qoyulmur.
 
Növbəti ayda üzv-dövlətlərin əksəriyyəti Rusiyanı BMT-nin insan haqları Şurasından çıxarılmasına səs verib.
 
Ötən həftə BMT Baş Assambleyası əksəriyyət səs çoxluğu ilə Zelenskiyə videomüraciətlə çıxış etməyə icazə verib, çünki o, şəxsən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iştirak edə bilməyib.
 
"Mən videomüraciətimin baş tutmasına səs verən 101 ölkəyə minnətdarlığımı bildirmək istərirəm. Bu, təkcə format barədə səsvermə olmayıb. Bu, prinsiplər barədə səsvermə olub. Yalnız 7 ölkə-Belarus, Kuba, Şimali Koreya, Eritreya, Nikaraqua, Rusiya və Suriya əleyhinə səs verib, - Zelenski deyib. - Yeddi ölkə. Videomüraciətdən qorxan yeddi ölkə. Prinsiplərə qırmızı düymə ilə münasibət göstərən yeddi ölkə. Cəmi yeddi ölkə. Yüz bir və yeddi".
 
Daha 19 ölkə səsvermədə bitərəf qalıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın