Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ: "Danışıqlar pozula bilər"

22, 08, 22
11:00

Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ: "Danışıqlar pozula bilər"


Mariupol şəhərində Rusiya tərəfindən məhkəmə baş tutsa, danışıqlar aparılmayacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bəlumatda bildirilir ki, belə bir xəbərdarlıqla Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində çıxış edib.

O vurğulayıb ki, indi mediada Rusiyanın işğal olunmuş Mariupolda əsir düşmüş ukraynalı əsgərlərin məhkəməsini təşkil etmək istəməsi barədə getdikcə daha çox məlumat yayılır.

Zelenski qeyd edib ki, düşmənin planları nə olursa-olsun, Ukraynanın reaksiyası tamamilə başa düşüləndir.

"Əgər həmin iyrənc məhkəmə baş tutsa, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, heç bir danışığınn mümkün olmadığı xətt olacaq", - Zelenski vurğulayıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın