"Ukrayna müharibədə strateji təşəbbüsü ələ keçirir"

11, 08, 22
13:00

"Ukrayna müharibədə strateji təşəbbüsü ələ keçirir"


Vaşinqton Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Ukraynadakı silahlı münaqişənin təhlilini dərc edib. 

"Azərbaycan Reallığı" xarici mediaya istinadən xəbər verir ki, amerikalı ekspertlər öz araşdırmalarında Ukrayna qoşunlarının payızda mümkün əks-hücumunun qarşısını almaq üçün rus qoşunlarının və hərbi texnikasının Xersonun şimal-şərq hissəsinə və Zaporojye vilayətlərinin qərb hissəsinə köçürülməsini qeyd ediblər.

Məlumatda həmçinin bildirilir ki, Ukrayna ordusu Donbasda İzyum və Slavyansk yaşayış məntəqələrinə əks-hücumlar edib və bu, Ukrayna tərəfinə Rusiyanın Slavyansk və Kramatorsk istiqamətində hücumunun qarşısını almağa imkan verir.

Ekspertlərin fikrincə, Ukraynanın aktiv hərəkətləri, eləcə də ABŞ və digər NATO-ya üzv ölkələrin hərbi dəstəyi Ukraynaya ilk dəfə olaraq müharibənin gedişatını aktiv şəkildə formalaşdırmağa başlamağa imkan verir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın