Rusiya ordusu bütün cəbhə boyu Ukraynaya hücuma hazırlaşır

31, 07, 22
16:00

Rusiya ordusu bütün cəbhə boyu Ukraynaya hücuma hazırlaşır


Rusiya hərbi komandanlığı Ukraynanın bütün cəbhə xətti boyunca ordusunun kütləvi şəkildə yenidən qruplaşdırılmasına başlayıb. Bu gün cəbhə xəttinin uzunluğu 1000 km-dən çoxdur.  

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov özünün YouTube kanalının efirində danışıb.

"Hərbi teatr hərəkətə başladı. Bu hərəkat çox aktivdir, böyükdür - Xarkovdan Xersona qədər",- deyən ekspert əlavə edib ki, rus qoşunları bütün cəbhə xətti boyunca demək olar ki, min kilometr uzunluğunda qoşunların kütləvi şəkildə yenidən qruplaşdırılmasına başlayıb.

Eyni zamanda o qeyd edib ki, cəbhələrdə vəziyyət az-çox stabil olaraq qalır, fəaliyyətdə bəzi dəyişikliklər qeydə alınır.

Rusiya Ukrayna yaxınlığında daha bir zərbə qüvvəsi yaradıb.


Bu barədə isə bir gün əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat verib. Düşmənin avqustun ortalarına qədər prosesi başa çatdırmağı planlaşdırdığı dəqiqləşdirilir.

Məlumdur ki, ruslar gizli səfərbərlik və 16 könüllü tabor yaratmaq planlarını həyata keçirə bilmədilər. Motoatıcı bölmələri Rusiya Federasiyasının demək olar ki, bütün bölgələrində yerləşdirilməli idi. Təsdiqlənmiş məlumatlara görə, iyulun ortalarına qədər 8 tabor yaradılıb.

Eyni zamanda, Müharibənin Tədqiqi İnstitutunun mütəxəssisləri rusların əməliyyat pauzasını tərk etdikdən sonra irəliləyişlərini artıra bilmədiklərini bildirirlər. Rusiya ordusu Slovyanskın şimal-qərbində, Seversk və Baxmut əraziləri ətrafında kiçik hücumlar etməyə davam edir, lakin heç bir əhəmiyyətli ərazini ələ keçirə bilmir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın