Ukraynadan ÖLDÜRÜCÜ ZƏRBƏ: Rusiyanın çox sayda baza və anbarı yerlə-yeksan edildi, on minlərlə hərbçi...

30, 07, 22
15:00

Ukraynadan ÖLDÜRÜCÜ ZƏRBƏ: Rusiyanın çox sayda baza və anbarı yerlə-yeksan edildi, on minlərlə hərbçi...


Ukrayna ordusu iyulun 29-da Rusiyanın 4 hərbi bazasını yerlə-yeksan edib.

"Azərbaycan Reallığı" UNİAN-a istinadən məlumatına görə, bunu Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk deyib.
O bildirib ki, ötən sutka ərzində Rusiyanın 12 sursat anbarı yox edilib.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatına görə, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 670 hərbçisi məhv edilib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 759 tank, 3 995 zirehli döyüş maşını, 906 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 733 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 889 avtomobil texnikası və avtosistern, 78 xüsusi texnikadan ibarətdir.

Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verdiyi bildirilir.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın