“Rusiya itkilərini gizlədir“ - Zelenski şok rəqəm açıqladı

27, 07, 22
17:00

“Rusiya itkilərini gizlədir“ - Zelenski şok rəqəm açıqladı


Ukraynanın tammiqyaslı işğalına başlayandan bəri Rusiya ordusu 40 minə yaxın əsgərini itirib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Artıq dörd aydır ki, Rusiya öz vətəndaşlarına işğalçı kontingentin itkiləri ilə bağlı heç bir məlumat vermir. Tam sükut. Siyasi və hərbi səviyyədə çoxsaylı müsahibə və çıxışlarda heç nə deyilmir. Bu rəqəm artıq 40 minə yaxındır", - Zelenski deyib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın