"Rusiya terrorçu dövlət kimi tanınmalı və bu, hüquqi sənədlərlə təsbit edilməlidir"

15, 07, 22
21:00

"Rusiya terrorçu dövlət kimi tanınmalı və bu, hüquqi sənədlərlə təsbit edilməlidir"


"Rusiya həm beynəlxalq hüquqa, həm Avropaya, həm də bütün sivil dünyaya meydan oxuyur" 

"Vinnitsaya raket zərbələri Haaqada Rusiyanın hərbi cinayətlərinin müzakirəsi zamanı baş verib" 

"Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı xüsusi tribunal yaradılmalıdır" 

Zelenski Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırış edib 

Dünyanın heç bir ölkəsi Rusiya Federasiyası kimi belə terror təhlükəsi törətmir.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski növbəti videomüraciətində  bəyan edib. Məlumatı prezident Ofisinin saytı yayıb. 

Zelenski bunu Rusiya Silahlı Qüvvələri tərəfindən Vinnitsa şəhərinin mərkəzinə endirdiyi və nəticədə 23 nəfərin, o cümlədən 10 yaşadək üç uşağın həlak olduğu raket zərbələrini şərh edərkən deyib.
 
"Dünyanın heç bir başqa dövləti belə terror təhlükəsi törətmir, - Vladimir Zelenski videomüraciətində deyib. - Dünyanın heç bir dövləti hər gün qanadlı raketlərlə və reaktiv artilleriya ilə dinc şəhərləri və adi insan həyatını məhv etməyə özünə rəva bilməz".
 
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya dinc insanların həyatına Haaqada Rusiyanın hərbi cinayətlərinə həsr edilmiş konfransın getdiyi zaman son qoyib. O, qeyd edib ki, heç bir başqa terrorçu təşkilat beynəlxalq birliyin əvvəlki cinayətləri müzakirı edən zaman yenidən öldürmək kimi cəsarətdə bulunmazdı.
 
"Rusiya bununla özünün həm beynəlxalq hüquqa, həm Avropaya, həm də bütün sivil dünyaya öz münasibətini sərgiləyib, - Zelenski vurğulayıb. - Bundan sonra heç kimdə heç bir şübhə olmamalıdır ki, tez bir zamanda Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar Xüsusi tribunala ehtiyac var".
 
Ukrayna prezidenti hesab edir ki, Rusiya rəsmən terrorçu dövlət kimi tanınmalı və bu, müvafiq hüquqi sənədlərlə təsbit edilməlidir. Həmçinin, tez bir zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməlidir.
 
"Demokratik dünya tərəfindən bütün bunların lazımi hüquqi prosedurlarla təsbit etməyin zamanı yetişib, - Zelenski buna çağırış edib. - Rusiya üçün terrorçu-dövlət statusu müəyyən edilməlidir. Rusiya təcavüzü ilə bağlı xüsusi tribunal yaradılmalıdır. Terrorçu dövlətin vəsaitlərinin məhv etmək istədiyi dövlətə yönəldilməsi üçün xüsusi kompensasiya mexanizmi müəyyən edilməlidir. Və, əlbəttə ki, tezliklə yeni sanksiyalar tətbiq edilməlidir.
Və sonda. İstəyirəm ki, bu gün Vinnitsa üzərinə "Kalibrlər" göndərənlər komandası dəqiq bilsin ki, həbsxana onları gözləyən ən yaxçı nəsnədir".
 
"Əgər kimsə, Allah eləməsin, Dallasdakı və ya Drezdendəki  tibb mərkəzinə zərbə endirsəydi, onda necə? Bunu necə adlandırardılar? Məgər bu, terrorçuluq deyilmi?", - Zelenski sonda ritorik sual edib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın