SON DƏQİQƏ! Boris Conson NATO-nun baş katibi olacaq

10, 07, 22
11:00

SON DƏQİQƏ! Boris Conson NATO-nun baş katibi olacaq


“Ukrayinska Pravda” iddia edir ki, Zelenskinin təklifini sabiq baş nazir minnətdarlıqla qəbul edib

Vladimir Zelenski Boris Consonu Odessanın meri olmağa dəvət edib. Belə bir məlumat Ukrayna mətbuatında yer alıb. Zelenskinin Britaniyanın istefaya göndərilən baş nazirinə belə bir post təklif etməsi barədə Ukrayna hökumətindəki mənbələrə istinadən “Ukrayinska Pravda” nəşri məlumat yayıb. İddialara görə, bu təklif Consonun istefasını elan etməsindən sonra baş verib. 

Nəşr iddia edir ki, Boris Conson bu təklifi minnətdarlıqla qəbul edib. Lakin bu məlumatın rəsmi təsdiq olunmayıb. Böyük Britaniyanın baş naziri Boris Conson bu həftə istefa verib. Qeyd edək ki, son günlər Böyük Britaniyada hökumət böhranı yaşanırdı - iki gün ərzində 60-a yaxın məmur istefa vermişdi. Onlar bu addımları ilə Consona inamsızlıqlarını ifadə ediblər və onun rəhbərlik üsulları ilə razılaşmadıqlarını bildiriblər. Buna səbəb bir müddət əvvəl London klublarından birində sərxoş halda əlbəyaxa dava salan xarici işlər nazirinin Avropa və ABŞ üzrə keçmiş müavini Kristofer Pinçer ətrafında yaranmış qalmaqal olub.

Bəzi siyasətçilər Consonun Pinçerin problemli keçmişindən xəbərdar olduğu halda, onu Mühafizəkarlar Partiyasının parlament fraksiyasının koordinator müavini vəzifəsinə təyin etməsindən narazı qalmışdılar.

Böyük Britaniyanın sabiq baş nazirinin gələcəkdə nə edəcəyi ilə bağlı artıq bəzi iddialar var. Xüsusilə, onun Ukraynaya yardım göstərmək üçün bir beynəlxalq şuraya rəhbərlik edə biləcəyi deyilir. Belə ehtimallarda vardı ki, istefaya göndərilmiş Boris Conson səlahiyyət müddəti başa çatmış, yalnız Ukraynada yaranmış vəziyyətə görə daha bir il postunda qalan Yans Stoltenberqi NATO-nun baş katibi postunda əvəzləyə bilər. Bu iddiaların nə dərəcədə əsaslı olduğunu da indilikdə söyləmək çətindir.

Xatırlatmaq yerinə düşər ki, Ukrayna xarici dövlət xadimlərini rəhbər vəzifələrə cəlb etməkdə zəngin təcrübəyə malikdir. Düzdür, bu praktikanın uğur qazandığını söyləmək də olmaz.

Ən məşhur nümunə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidir. O, 2015-ci ildə Odessa Vilayət Dövlət Administrasiyasının sədri təyin edilib. Gürcü lider bundan əlavə, Ukraynanın dövlət müəssisələrinin islahatları üzrə müşahidə şurasının rəhbəri də olub. Ukraynada  prezident Pyotr Poroşenko olanda Saakaşvili onun müşaviri də işləyib. Nəhayət, Ukraynaya girişi yasaqlananadək bu ölkənin İslahatlar üzrə Beynəlxalq Məşvərət Şurasının sədri də olub.

Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edərək Poroşenkodan Ukrayna vətəndaşlığı alıb. Ancaq artıq 2016-cı ildə o, bütün postlarını tərk etdi, Poroşenkoya qarşı etirazların fəal iştirakçısına çevrildi. 2017-ci ildə Poroşenko xüsusi fərmanla Ukrayna vətəndaşlığından məhrum edilib, 2018-ci ilin fevralında isə ölkə ərazisindən deportasiya edilib.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın