Xersonda Ukrayna ordusu "Alliqator" hücumunu dəf etdi - Rusiya hərbçiləri qaçdı!

08, 07, 22
18:00

Xersonda Ukrayna ordusu "Alliqator" hücumunu dəf etdi - Rusiya hərbçiləri qaçdı!


"Xerson vilayətində ruslar "Ka-52"("Alliqator") hücum helikopteri ilə mövqelərimizə hücum etməyə cəhd etsə də, Ukrayna Silahlı Qüvvələri onları dəf edib".

"Azərbaycan Reallığı" yerli meidaya istinadla xəbər verir ki,  bu haqda "Cənub" əməliyyat komandanlığı məlumat yayıb.

Təfərrüatlar:  

"Ukrayna ordusu itki verməyib, ruslar isə cavab atəşindən yayınaraq heç bir uğur qazanmadan qaçıblar".
 
Bundan əlavə, qeyd edilir ki, Qara dəniz üzərində hava qarşıdurması zamanı düşmənin "Su-35" qırıcısı Ukraynanın bir cüt hücum təyyarəsinə qarşı idarə olunan “hava-hava” tipli raketlərdən istifadə edib.  “Cənub” ƏK-dan bildirilib ki, “bizim üçün itki olmayıb, düşmən üçün isə uğur...”.
 
Həmçinin axşam saatlarında Rusiya ordusu ağır lüləli artilleriyadan Nikolayev vilayətinin Qalitsinovo şəhərinin ətrafını atəşə tutub. İnsan itkisi yoxdur.

 AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın