Tokayevin qərarı Rusiyada etiraz yaratdı - Yeni planda Azərbaycan detalı

08, 07, 22
13:30

Tokayevin qərarı Rusiyada etiraz yaratdı - Yeni planda Azərbaycan detalı


Qazaxıstan Rusiyadan yan keçərək neftinin tranzit marşrutunu dəyişmək imkanını nəzərdən keçirir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Qazaxıstanda yaşayan rusəsilli iqtisadçı Stanislav Mitraxoviç Lenta-ru-ya açıqlamasında deyib.

“Qazaxıstan uzun müddətdir ki, Rusiyaya qarşı çox da loyal olmayan xətt yürüdür. Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavininin sanksiyaları həyata keçirməyə hazırlaşdıqları barədə bəyanatı hamıya məlumdur. Bu, onlar üçün vacib məsələdir. Sonra xəbər yayıldı ki, Qazaxıstan hökuməti sanksiyalara məruz qalan yüklərin ölkə ərazisindən daşınması üçün lazım olan bəyannamələri təsdiqləməkdən imtina edib. Halbuki, Rusiya Tokayev hökumətinə 2022-ci ilin yanvarında hakimiyyətdə qalmasına kömək edib.”, - ekspert bildirib.

Onun sözlərinə görə, Qazaxıstan bu qərarı iyulun 5-də Novorossiysk məhkəməsinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) işinin dayandırılması barədə qərarından sonra verib:

“Xəzər Boru Kəməri Konsorsiumunun tarixində müəyyən çətinliklər olub. Rusiya hakimiyyəti bunun işini məhdudlaşdırdı, ekoloji mübahisələr, neft sızıntıları oldu. Qazaxıstan bunu özünə təzyiq kimi qəbul etdi. Konsorsiumunun işinə növbəti məhdudiyyətlər cənab Tokayevin Avropa İttifaqına Rusiya neftini əvəz etməyə hazır olduğunu bildirməsindən sonra baş verdi. Hesab edirəm ki, Xəzərin dibi ilə boru xətti çəkmək uzun illər davam edə bilər”, - ekspert qeyd edib.

Kasım-Jomart Tokayev Qazaxıstan neftinin Rusiya ərazisindən tranzitinin dayandırılması riski fonunda “KazMunayQaz”a yüklərin dənizdən daşımalarını genişləndirməyi tapşırıb. O, həmçinin ölkənin dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlı göstəriş verib.

Nur-Sultandan verilən açıqlamadan sonra Kremlin sözçüsü Dmitri Peskov deyib ki, belə bir qərarın siyasi motivli olması mümkün deyil. Onun fikrincə, Moskva və Nur-Sultanın əlavə təmaslara ehtiyacı var.

Plan baş tutsa, Rusiyadan yan keçməklə neft satışı Azərbaycan üzərindən həyata keçirilə bilər.Teleqraf

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın