Zelenski İlan adasının azad olunması ilə bağlı xalqa müraciət edib

02, 07, 22
15:00

Zelenski İlan adasının azad olunması ilə bağlı xalqa müraciət edib


İlan (Zmiinyi) adasının azad olunduğunu bildirən Zelenski deyib ki, bura strateji bir nöqtədir və Qara dənizdəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişəcək. Zelenski çıxışında bildirib: “Bu hələ təhlükəsizliyə zəmanət vermir, düşmənin geri qayıtmayacağına hələ zəmanət vermir, lakin işğalçıların hərəkətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Addım-addım onları dənizimizdən, torpağımızdan, səmamızdan çıxaracağıq”.

Donbasda vəziyyətin son dərəcə çətin olaraq davam etdiyini və Rusiyanın atəş üstünlüyünə malik olduğunu bildirən Zelenski bu şərtlər altında Ukraynanı müdafiə edən hər kəsə minnətdar olduğunu bildirib.

Ukrayna ilə Aİ arasında yaxınlaşma istiqamətində daha bir mühüm addımın atıldığını bildirən Zelenski, “Ukrayna AB ərazisi olan Rumıniyaya mühüm elektrik enerjisi ixracına başlayıb. Bu, yalnız birinci mərhələdir, biz təklifi artırmağa hazırlaşırıq. Ukraynanın elektrik enerjisi hesabına avropalıların istehlak etdiyi Rusiya qazının əhəmiyyətli bir hissəsi dəyişdirilə bilər. Deməli, bu, bizim üçün təkcə ixrac gəliri məsələsi deyil, bütün Avropa üçün təhlükəsizlik məsələsidir. Xatırlatmaq istərdim ki, ölkəmiz müharibə başlayandan sonra Aİ-nin ümumi enerji sisteminə qoşulub. Ukrayna qeyri-mümkün kimi görünən işlər görür”,- deyə vurğulayıb.

Fransanın Avropa İttifaqı Şurasına sədrliyinin bu gün başa çatdığını xatırladan Zelenski, “(Aİ) Namizədliyi aldığımız tarixi dövrdə Avropa bu prosesdə gücləndi. Çex Respublikasının Prezidentliyi başlayır və mən çex tərəfdaşlarımıza minnətdaram ki, Ukraynanın yenidən qurulmasını prezidentliklərinin prioritetlərindən birinə çevirdilər. Artıq işğaldan azad edilmiş torpaqlarda bərpa işlərini mümkün qədər tez başlamaq həqiqətən vacibdir”,- deyə bildirib.
İlan (Zmiinyi) adası, Ukrayna İlan adası, UkraynaBundan əlavə, Zelenski ABŞ -ın Ukraynaya, xüsusilə də müdafiəyə yeni dəstək paketi elan etdiyini və Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayerlə müdafiə dəstəyi ilə bağlı danışdıqlarını bildirib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın