Dəmir yollarının təmiri üçün Britaniya Kiyevə 10 milyon ayıracaq – Consonun ofisi

27, 06, 22
16:30

Dəmir yollarının təmiri üçün Britaniya Kiyevə 10 milyon ayıracaq – Consonun ofisi


Britaniya taxılın ölkədən daşınmasına kömək etmək üçün Ukrayna Dəmir Yollarının təmirinə 10 milyon funt-sterlinqə qədər vəsait ayırmağa hazırlaşır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Britaniya baş naziri Boris Consonun ofisi məlumat yayıb.

Britaniya hökuməti Kiyevlə dəmir yollarının imkanlarını maksimuma çatdırmaq və həm qatarların, həm də taxılın hərəkətini təmin etmək yollarını da müzakirə edir. “Rusiyanın hücumları təkcə taxılın Qara dənizdən – tarixən Ukrayna taxılının 96 faizinin ixrac olunduğu marşrutla daşınmasına mane olmur, həm də dəmir yolu ixracını pozur”, – Britaniya rəsmiləri bildirib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın