Həccə yollanmanın rahat üsulu: Elektron püşkatma

27, 06, 22
15:00

Həccə yollanmanın rahat üsulu: Elektron püşkatma


Səudiyyə rəsmiləri bu il ziyarətçilərin püşkatma əsasında Həcc ziyarətinə yollanması üçün elektron sistemlər qurub.

"Azərbaycan Reallığı" "Əş-Şərq Əl-Avsat"a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının həcc nazirinin müavini doktor ƏbdülFəttah Müşat məlumat yayıb.

Onun sözlərinə görə, bəzi ölkə vətəndaşları üçün “Motawif” adlı yeni texnologiya hazırlanıb. Proqram Şimali Amerikada (ABŞ və Kanada), Avropada və Avstraliyada yaşayan zəvvarlar üçün nəzərdə tutulub. Onlar xərclərini 30%-dən çox azaldaraq, ziyarət üçün “vasitəçiliksiz təsdiqnamə” alacaqlar.

Hazırda 2022-ci ilin Həcc ziyarəti üçün bu sistemdə qeydiyyat və püşkatma başa çatıb və lotereya iştirakçıları nəticəni elektron proqramdan görə bilərlər.

Bu zəvvarlar Covid-19 üçün tələb olunan pasport və peyvənd sertifikatı da daxil olmaqla, şəxsi məlumatları və rəsmi sənədləri qeydiyyatdan keçirib, lotereya prosesinə daxil olur və onlayn ödəniş prosesini tamamlayırlar. Viza müraciətləri daha sonra Həcc və Ümrə Nazirliyinin Məlumat Mərkəzi vasitəsilə Xarici İşlər Nazirliyinə göndərilir. Bu addımlar heç bir kənar vasitəçi olmadan həyata keçirilir və vəziyyəti asanlaşdırmaqla yanaşı, zəvvarların xərclərinin azalmasına müsbət təsir göstərir.

xatırladaq ki, builki Həcc ziyarətində xidmətlərin qiymətinin əvvəlki dövrlərlə müqayisədə təxminən 1600 dollar bahalaşıb. Orta qiymət təxminən 4500 dollardır.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın