Boris Conson: "Rusiya qalib gəlsə, daha yaxşı dünyada yaşayacaqsınız?

19, 06, 22
14:00

Boris Conson: "Rusiya qalib gəlsə, daha yaxşı dünyada yaşayacaqsınız?


Böyük Britaniya baş naziri Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibənin uzun çəkəcəyini bildirib.

"Azərbaycan Reallığı"
xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı "The Sunday Times" qəzetində xüsusi köşə yazısını qələmə alıb.

"Bir anlığa təsəvvür edin ki, Vladimir Putinin şanlı qələbə arzuları gerçəkləşdi. Tutaq ki, ona indi rus qoşunlarının işğalı altında olan bütün əraziləri ələ keçirməyə icazə verildi. İşğal olunmuş ərazilərin ilhaqı zamanı bəlkə də heç kim barmağını tərpətməyəcək.

Bu, bizə sülh gətirəcəkmi? Dünyanı daha təhlükəsiz bir yerə çevirərmi? Daha sakit yaşayacaqsınız?

Əslində, hamımız bu sualı cavablandıra bilərik. Belə anlaşılmazlıq İkinci dünya müharibəsindən sonrakı Avropada təcavüzkarın ən böyük qələbəsi olardı. Biz bilirik ki, Putin Ukraynanı parçalamaqla kifayətlənməyəcək. Elə keçən həftə o, özünü Böyük Pyotra bənzədib və Rusiyaya vaxtilə “slavyanların” məskunlaşdığı əraziləri “əbədi geri qaytarmaq hüququ”ndan danışıb. Onun bu doktrinası Avropada geniş ərazilərin, o cümlədən NATO üzvünün ərazilərinin ələ keçirilməsinə haqq qazandırır.

Bu arada, bütün dünyada diktatorlar öz ambisiyalarını kobud güclə həyata keçirmək üçün cəsarət tapacaqlar və bundan sonra heç bir ölkə özünü təhlükəsiz hiss edə bilməz. Belə bir dünya hər kəsin xəyal edə biləcəyi bir məkandırmı?”-deyə Boris Conson məqaləsində bu cümlələri yazıb.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın