İran Azərbaycanda narkotik vasitələrin satışından əldə etdiyi gəlirlərlə Qarabağda, Suriyada və İraqda terrorçuları maliyyələşdirir

19, 06, 22
10:00

İran Azərbaycanda narkotik vasitələrin satışından əldə etdiyi gəlirlərlə Qarabağda, Suriyada və İraqda terrorçuları maliyyələşdirir


İrandan Azərbaycan dövlətinə qarşı əsasən 3 istiqamətdə təhdid mövcuddur: 

1. Radikal dini (İdeoloji xətt)  - 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı sabit ideoloji qıtlıqdan əziyyət çəkirdi. Azərbaycandakı ideoloji boşluqdan kifayət qədər faydalanan İran ölkəmizdə "teoloji qurğu"lar və "şəriət aypara"sı qurmağa başladı. Din relsləri üzərindən Azərbaycan xalqının üzərinə yeriyən İran 30 il ərzində kütlənin təhtəlşüuruna ideoloji basqın edərək insanları dövlətçilik məfhumundan ayırmağı hədəflədi. 

2. Narkotrafik: narkotik seli (Kriminal xətt) - İran Azərbaycanda narkotik vasitələrin satışından əldə etdiyi gəlirlərlə Qarabağda,  Suriyada və İraqda terrorçuları maliyyələşdirir. Şübhəsiz, İranla Ermənistan və Qarabağdakı terrorçu rejim arasında 30 il ərzində böyük narkotik ticarəti mövcud idi, ərazilərimizdə İranın nəzarətində olan böyük narkoplantasiyalar var idi. Torpaqların azad olunması ilə İranın nəhəng "biznesi" də məhv oldu. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qanunsuz narkotik dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 17 nəfər İran vətəndaşından götürülən narkotik maddələrin dəyəri 30-40 milyon manat təşkil edir. Hər ay İrandan Azərbaycana təkcə 1 ton ən aşağı keyfiyyətli heroin gətirilir. İranın əsas məqsədi Azərbaycan xalqının genefondunu məhv etmək və burada şikəst, iradəsiz nəsil formalaşdırmaqdır. 

3. Sosial şəbəkələr ("virtual cəbhə") -  Qarabağın azad edilməsindən sonra İranda Azərbaycana qarşı sistemli kampaniya aparan böyük səhifələr, yutub kanallar yaradıldı. Bu, İranın Azərbaycana qarşı "təhdid kolon"unda yeni istiqamət kimi ortaya çıxdı və İran Azərbaycana qarşı həm də "virtual cəbhə" firmalaşdırdı. Cənub qonşumuzun xüsusi xidmət orqanları Azərbaycana qarşı "virtual cəbhə"yə İranda təhsil alan azərbaycanlıları cəlb edərək, təhdidləri, ittihamlari əsasən bu şəxslərin dili ilə həyata keçirməyə başladı. 

Dini xurafat xalqı dövlətçilik təfəkküründən ayırır, narkotik isə fiziki və mənəvi baxımdan məhv edir.

Hazırda regionda dünyada baş berən gərgin münasibətlər fonunda Azərbaycan öz milli maraqlarını qorumağı bacarır.
  
Bəs İranı narahat edən, Azərbaycana qarşı aqrrssivləşdirən hansı amillərdir? 

Birincisi, Azərbaycanın sürətli şəkildə Qərbə inteqrasiyası

İkincisi, Avropanın qaz və enerji təminatında Azərbaycanın əsas alternativ kimi önə çəkilməsi

Üçüncüsü, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi istiqamətində atılan addımların gözlənilən real nəticələri

Dördüncüsü, İsrail-Azərbaycan münasibətlərinin ən üst səviyyəyə çatması və strateji hal alması

Beşincisi, Azərbaycanın neft ölkəsi olması ilə bərabər, həm də dəhliz ölkəsinə çevrilməsi 

Müəllif: Samir Feyruzov

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın