Bayden Zelenskini niyə Kərbəlayı İsmayıla bənzətdi?

12, 06, 22
13:30

Bayden Zelenskini niyə Kərbəlayı İsmayıla bənzətdi?

ABŞ prezidentinin bu “sirri” müharibənin indiki mərhələsində tirajlamasının arxasında dayanan səbəblər... 

ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərdarlıqlarına məhəl qoymadığını, eşitmək istəməməsini deməsi əsl sensasiyadır. Müharibənin davam etdiyi 108 gündə Bayden Ukrayna, Zelenski, Putin haqda çox sözlər danışıb. Amma ilk dəfədir ki, ABŞ prezidenti Zelenski haqda bu cür şok etiraf edir.   
    
Ukrayna liderinin nümayəndəsi Sergey Nikiforov ABŞ-ın ittihamlarına dərhal münasibət bildirərkən deyib ki, “eşitmək istəmədi” ifadəsinə aydınlıq gətirilməlidir. Əlbəttə ki, Zelenskinin nümayəndəsi tam haqlıdır. Axı “eşitmək istəmədi” nə deməkdir? Bunu bir neçə cür yozmaq mümkündür. 
Zelenskinin sözçüsü AÇIQLADI: Ukrayna və Rusiya nümayəndə heyətləri  razılığa gəliblər
Zelenskiyə “hücum olacaq” deyəndə, “boş söhbətdir” deyib telefonumu qapadıb? Bəlkə bu xəbərdarlıq ediləndə Zelenski Kərbəlayı İsmayıl kimi “qoy, lap qoşun göndərsinlər, namusumuz-qeyrətimiz var, dözərik” deyib. Yoxsa, “Putin üstümüzə qoşunla gələrsə, onu gəldiyi yerədək qovarıq”  söyləyib? Nəhayət, bu xəbərdarlığı qulaqardına verməyi Ukrayna prezidentinin “Bayden qoca kişidir, qorxuya düşüb, boş verin…”reaksiyası kimi yozmaq da olar.  
BeFunky-collage.jpg (806 KB)
O səbəbdən Baydenin bizim dilə tərcümədə iki sözdən ibarət olsa da, sensasiya ağırlığını azalmır, əksinə artırır. ABŞ prezidentinin xəbərdarlığını eşitməmək nə demək? Axı o hava ilə bağlı sinoptik proqnozu vermir ki, deyəsən, eybi yox, yağış yağacaq, gün də qurudacaq... 

Deyim ki, müharibə ərəfəsi Baydeninin bu xəbərdarlığını dünyada da qulardına vuranlar çox idi, elə Azərbaycanda da bir çox ekspertlər ABŞ prezideninin Rusiyanın Ukrayna ilə müharinə edəcəyi barədə xəbərdarlıqlarına ciddi baxmırdılar. Amma ekspert ayrı, Zelenski ayrı... Axı onun üzərində Avropanın ən böyük ölkəsinin məsuliyyəti var, prezident kimi and içəndə hər bir vətəndaşı qoruyacağına söz verib. Baydenin dedikləri doğrudursa, bu Zelenskinin nüfuzuna vurulmuş çox ciddi zərbədir. Amma niyə Bayden indi dilə gəldi? Onu bu “sirri” müharibənin indiki mərhələsində tirajlamasının arxasında hansı səbəblər dayana bilər?    
esas foto.jpg (43 KB)
Adətən, müharibələrdə bu cür ittihamlar düşmən irəliləyəndə, cəbhədə ardıcıl məğlubiyyətlər olanda  səslənir, məsuliyyəti bir-birinin üzərinə atırlar. Baydenin ölkəsində indi Ukrayna müharibəsi səbəbindən son 40 ildə görünməmiş ciddi inflyasiya var. Opponentləri onu xüsusilə Ukraynada yanlış siyasət yürütməkdə, dünyada qlobal iqtisadi-siyasi böhran yaratmaqda ittiham edirlər. Bayden ölkəsindəki krizisi Putinin personası ilə əlaqələndirməkdə hələ də davam edir, amma  bu bəhanəyə daha inanan yoxdur.

İndi ola bilsin ki, Bayden yaranmış krizisi həm də Zelenskiyə  yükləmək yolunu seçib. “Mən demişdim, amma eşitmədi…” Ukraynada göyə sovrulan milyardların da haqq-hesabı verilməlidir. Ayrılan fantastik pullar cəbhədə Ukraynaya hələ ki, kömək edə bilməyib. Bəs, o zaman bu pullar hara xərclənir?  
fghdhgfh-1644661295.jpg (128 KB) 
Zelenskinin nümayəndəsi də Baydenə “borclu” qalmayıb. İttihama cavab verərkən o da deyib ki, hələ müharibədən əvvəl Qərb tərəfdaşlarını Rusiyaya qarşı “preventiv sanksiyalar” tətbiq etməyə çağırıb. "Və biz də burada deyə bilərik ki, tərəfdaşlarımız "bizi eşitmək istəməyiblər" deyə, Nikiforov bildirib. 
 
Bu o deməkdir ki, Zelenskinin də müharibənin başlamasında məsuliyyəti təkbaşına üzərinə yüklənməsi ilə razılaşmayacaq, lazım gələrsə, o da bəzi sirləri açacaq…

Sonda. Co Bayden həmin çıxışında həm də deyib ki, Putin   Kiyevi “Ana Rusiyanın taxtı” olaraq görür. Əcəba, bu da növbəti xəbərdarlıqdırmı? Eşidək, yoxsa... 

AZƏRBAYCANREALLIĞI.COM   


Bizimlə əlaqə saxlayın