Putinin “imperiyanı bərpa proyekti”: Planda Azərbaycan da var – ŞOK İDDİA

11, 06, 22
15:00

Putinin “imperiyanı bərpa proyekti”: Planda Azərbaycan da var – ŞOK İDDİA


Rusiya lideri Vladimir Putin Ukraynadakı son məqsədini təsadüfən ağzından qaçırdı. Kremlin başçısı özünü çar I Pyotrla müqayisə edərək, Rusiyanı imperiya dövləti kimi bərpa etmək, digər postsovet ölkələrini işğal etməklə onu genişləndirmək niyyətində olduğunu təsdiqlədi.

Teleqraf.com xəbər verir ki, bunu CNN telekanalının analitiki Natan Hodc deyib.

“Putin öz sözünü dedi: onun Ukraynada istədiyi Rusiyanı imperiya dövləti kimi bərpa etməkdir”, - ekspert bildirib.

Hodc bu sözlərini “Putinin imperiya ambisiyalarının etirafı” adlandırıb:

“Rusiya liderinə görə, iki cür dövlət var: suveren və müstəmləkə. Putinin fikrincə, Ukrayna sonuncu kateqoriyada olmalıdır. O, uzun müddətdir ki, ukraynalıların legitim milli kimliyinə malik olmadığını və onların ölkəsinin “Qərbin marionetkası” olduğunu iddia edir”.

Ekspertin sözlərinə görə, Putinin “imperiyanı bərpa layihəsi” nəzəri olaraq vaxtilə Rus İmperiyası və ya Sovet İttifaqına daxil olan digər ərazilərə də şamil oluna bilər:

“Bu, Sovet İttifaqının dağılmasından sonra yaranmış bütün dövlətlərdə təşviş doğurmalıdır”.

Qeyd edək ki, keçmiş SSRİ-yə Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Ukrayna, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Litva, Moldova, Estoniya, Rusiya və Latviya daxil olub.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın