Rusiya Zelenskinin uçduğu helikopteli izləyib

11, 06, 22
14:00

Rusiya Zelenskinin uçduğu helikopteli izləyib

Rusiya aerokosmik müdafiə sistemində üç min kilometrə qədər hava məkanını “görən” “Konteyner” radar stansiyaları varUkrayna

prezident Zelenski son günlər Kiyevdəki bunkerini tərk edərək cəbhənin bəzi istiqamətlərinə baş çəkib. Məsələn, Xarkov, Luqansk vilayəti, Zaporojye... Prezident helikopteri digər hərbi helikoptellərin müşayiəti ilə uçduğu deyilir. Bəs, Rusiya hava hücumundan müdafiə sisteminin belə uçuşları izləmək imkanı varmı? Bu cür uçuşlar müharibə edən ölkənin rəhbəri üçün nə qədər risklidir?

Hava hücumundan müdafiə texnologiyaları sahəsində mütəxəssisin “Moskovskiy Komsomelets”ə verdiyi məlumata görə, Ukrayna liderlərinin uçuşlarını Rusiya radarları tərəfindən tam şəkildə izlənilir.

Mütəxəssisin dediyinə görə, yüksək vəzifəli dövlət məmurlarının bu cür uçuşları hətta döyüş şəraiti olmsa belə, həmişə kiçik bir hava əməliyyatıdır. Belə uçuşlarda adətən, havaya ən azı üç helikoptel qalxır: əsas helikoptellə bərabər ehtiyat daha bir hava uçağı olur. Bununla yanaşı daha bir və ya iki hərbi helikoptel onun havada təhükəsizliyinə təminat verir. Bu, adətən Mi-24 helikoptelləri olur. Müşayiət helikoptelləri “bir nömrəli adamın” əyləşdiyi əsas bortdan 50-80 metr yuxarıda uçur.

Mütəxəssis deyib ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri, ehtimal ki, Zelenskinin uçuşu ilə bağlı öncədən xəbərdar edilib ki, hava hücumundan müdafiə qüvvələri “özününkünü” vurmasın. “Bu, Ukrayna zenitçiləri üçün adi haldır. Bu yaxınlarda, məsələn, onlar öz Su-27-lərini vurublar” deyə, o iddia edib.

Mütəxəssis əlavə edib ki, çox vaxt VIP uçuşun məxfiliyini təmin etmək üçün bilərəkdən yanlış marşrutlar haqqında da xəbər ötürülməsi mümkündür:

“Zelenskinin son uçuşlarını Rusiya hava hücumundan müdafiə qüvvələri izləyə bilibmi” sualına “MK”nın həmsöhbəti, zenit sistemləri sahəsində mütəxəssis iddia edib ki, rus hərbçilər Zelenskinin uçuş hərəkəti ilə bağlı bütün məlumatlara malik olublar: “Sizi inandırıram, onlar radarlardan yayınmaq üçün nə qədər aşağı məsafədən uçsalar belə, Rusiya nəzarət edə bilir. Rusiyanın hava hücumundan müdafiəsi lazımi vasitələrə malikdir. Kəşfiyyat da işləyir və kimin, hara və niyə uçduğunu haqda əvvəldən aydın təsəvvür olur”.

Mütəxəssis xatırladıb ki, Rusiya aerokosmik müdafiə sistemində üç min kilometrə qədər hava məkanını “görən” “Konteyner” radar stansiyaları var:


“Onlar bütün istiqamətlərdə quraşdırılıb. Bunlar uzaqmənzilli radiotexniki kəşfiyyat stansiyalarıdır. Hava hədəflərini izləməklə yanaşı, raket və kosmosdan müdafiə maraqlarına uyğun problemləri həll edirlər. Bu sistem vasitəsilə 2019-cu ildə ABŞ-ın qanadlı raketlərinin Suriyadakı hədəflərə hücumunu izləmək mümkün olmuşdu. Daha sonra bütün hədəflər vaxtında aşkar edilib və olanlara xəbərdarlıq edilib. Beləliklə, uzun və qısa məsafələrdə hava məkanına nəzarət daim həyata keçirilir. Növbətçi qüvvələr və vasitələr Ukrayna üzərində hava məkanına nəzarət edir. Zelenskinin uçuşları da daxil olmaqla bütün məlumatlar mərkəzi komanda məntəqəsinə daxil olur” deyə, ekspert fikrini yekunlaşdırıb.

AZƏRBAYCANREALLIĞI.COM   


Bizimlə əlaqə saxlayın