Rus agent Britaniya nəşrinə şok məlumat sızdırdı: “Putinin maksimum 3 il ömrü qalıb”

29, 05, 22
17:00

Rus agent Britaniya nəşrinə şok məlumat sızdırdı: “Putinin maksimum 3 il ömrü qalıb”


Adı açıqlanmayan rus agenti Britaniya mətbuatına Putinin nə qədər ömrü qaldığını açıqlayıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə İngiltərənin "Mirror" nəşri məlumat yayıb. 

Rusiya kəşfiyyatındakı mənbənin bildirdiyinə görə, həkimlər Vladimir Putinə maksimum üç il yaşamaq üçün vaxt veriblər.

FSB zabiti 69 yaşlı Rusiya prezidentinin sürətlə irəliləyən xərçəngin ağır formasına sahib olduğunu söyləyib.

"Onun sağ qalmaq üçün iki-üç ildən çox vaxtı yoxdur" - deyə casus əlavə edib. 

Həmçinin onun sözlərinə görə, xəstəlik Putinin də görmə qabiliyyətini itirməsinə də gətirib çıxarır.

“Bizə deyirlər ki, baş ağrısından əziyyət çəkir və televiziyada çıxışı zamanı nə deyəcəyini oxumaq üçün böyük hərflərlə yazılmış kağızlardan istifadə edir. Onlar o qədər böyükdürlər ki, hər səhifədə yalnız bir neçə cümlə ola bilər. Onun görmə qabiliyyəti ciddi şəkildə pisləşir. Və onun əzaları da nəzarətsiz şəkildə titrəyir", - deyə mənbə qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın