Zelenski Rusiyaya "torpaq verməyə" çağıran Kissincerə sərt cavab verdi...

26, 05, 22
12:00

Zelenski Rusiyaya "torpaq verməyə" çağıran Kissincerə sərt cavab verdi...


"1938-ci ildə cənab Kissincerin ailəsi faşist Almaniyasından qaçarkən onun 15 yaşı var idi və o zaman ondan belə  bir fikir eşitməyiblər ki, görünür, qaçmaq və ya onlarla döyüşmək əvəzinə nasistlərə uyğunlaşmaq lazımdır..." 

"...Dünya Ukraynanın cəsarətinə hazır deyildi. Rusiya qarşısında geri çəkilməyən və dövlətimizi müdafiə etməkdə davam edən ukraynalıların mərdliyinə... Ona görə yox ki, bütün bu tərəddüd edən insanlar dövlətimizin potensialını dəyərləndirərkən onsuz da yanılırdılar. Ona görə ki, onların bir çoxu bunu qiymətləndirməyə belə başlamayıblar. Onların bir çoxu Rusiya Federasiyasının mövqeyi ilə hesablaşsalar da, sadəcə olaraq Ukraynanı nəzərə almaq istəmirlər..."
 
"Azərbaycan Reallığı" xəbər verir ki, Prezident Ofisinin yaydığı məlumata görə, bu fikirləri Ukrayna prezidenti xalqa ənənəvi axşam müraciətində nəzərə  çatdırıb.  

"Bu gün Rusiya dövləti nə edirsə etsin, "gəlin, onun maraqlarını nəzərə alaq" deyənlər tapılır. Minlərlə rus raketinin Ukraynanı vurmasına,  on minlərlə ukraynalının öldürülməsinə, Buça və Mariupola baxmayaraq, dağıdılmış şəhərlərə baxmayaraq bu il Davosda belə fikirlər yenidən səsləndi... Rusiya dövlətinin tikdiyi sanki konveyer üzərində insanların öldürüldüyü işgəncələrə məruz qaldığı, zorlandığı, alçaldıldığı “filtrasiya düşərgələri”nə baxmayaraq.... Və bütün bunları Rusiya Avropada  edib...
 
Amma yenə də, məsələn, Davosda cənab Kissincer uzaq keçmişdən baş qaldıraraq deyir ki, guya Rusiyaya Ukraynadan bir parça vermək lazımdır. Yəni guya bununla Rusiyanın Avropadan uzaqlaşması meydana çıxmasın... 
 
Deyəsən, cənab Kissincerin təqvimində 2022-ci il yox, 1938-ci ildir və o, auditoriya ilə Davosda deyil, o vaxtkı Münhendə danışdığını düşünürdü. Yeri gəlmişkən,  gerçək 1938-ci ildə cənab Kissincerin ailəsi faşist Almaniyasından qaçarkən onun 15 yaşı var idi və o, hər şeyi yaxşı başa düşürdü. Və o zaman ondan belə  bir fikir eşitməyiblər ki, görünür, qaçmaq və ya onlarla döyüşmək əvəzinə nasistlərə uyğunlaşmaq lazımdır...
 
Bəzi Qərb KİV-də Ukraynanın sülh müqabilində ərazilərindən imtina edərək sözdə sərt kompromisləri qəbul etməli olduğu barədə simptomatik redaksiya məqalələri dərc olunmağa başlayıb. Ola bilsin ki, 1938-ci ildə də  "New York Times" da buna bənzər bir şey yazılıb. Amma xatırladıram ki, artıq bütün hallarda  hazırda 2022-ci ildir”, - deyə Ukrayna lideri qalmaqallı bəyanatları şərh edib.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın