ŞOK SSENARİ: Ukrayna Krım və Donbası belə QAYTARACAQ

19, 05, 22
21:00

ŞOK SSENARİ: Ukrayna Krım və Donbası belə QAYTARACAQ


Yaxın həftələrdə NATO Ukrayna-Rusiya cəbhəsində dəyişikliklər gözləmir, lakin onlar hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələri ruslar tərəfindən işğal olunmuş Donbas və Krımı geri ala bilər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kəşfiyyat məlumatları ilə tanış olan hərbi rəsminin sözlərinə görə, NATO qarşıdurmada vəziyyətin Ukraynanın xeyrinə əhəmiyyətli dərəcədə dəyişdiyi indiki anı müzakirə edir. Kiyevin 2014-cü ildə Rusiya və Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən ələ keçirdiyi Krımı və Donbas ərazilərini geri qaytara bilməsi ilə bağlı müzakirələr davam edir.

"Düşünürəm ki, onlar (Ukrayna Silahlı Qüvvələri - red.) Krımı və Donbası geri ala bilərlər. Bu, həqiqətdir. İndi yox, tezliklə yox, amma mübarizəni davam etdirə bilsələr, fikrimizcə bu, realdır" - hərbçi bildirib.

Bununla belə, mənbə CNN-ə deyib ki, "həqiqətən də əraziləri geri almaq üçün mübarizə aparmalı olub-olmamasından" şübhələnir və bu bölgələrdə yerli əhalinin potensial reaksiyasına diqqət çəkir.

 AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın