"Putin qan xərçəngindən əziyyət çəkir..."

16, 05, 22
16:30

"Putin qan xərçəngindən əziyyət çəkir..."


"Fürer istənilən an canını tapşıra bilərsə, əsgər niyə döyüşməlidir ki?.."
 
"Putin getməlidir, bu adam bizə lazım deyil...
 
Arestoviç Putinin səhhətinin pisləşməsi barədə məlumat verib və Qərbin Rusiya elitasına ismarıcını izah edib
 
Rusiya prezidenti Vladimir Putinin sağlamlıq durumu sürətlə pisləşir, bir- neçə gün öncə həkimlər ona təcili tibbi yardım göstərib.
 
Moderator.az xəbər verir ki, bu barədə mayın 14- də Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestovoç rusiyalı insan haqları müdafiəçisi Mark Feyqinə verdiyi müsahibəsində bəyan edib.
 
Rusiya- Ukrayna müharibəsində cari vəziyyəti müzakirə edərkən, həm də Rusiya prezidenti Vladimir Putinin səhhəti mövzusuna da toxunulub.
 
Feyqin Ukrayna kəşfiyyatının rəhbəri Kirill Boqdanovun sözlərinə istinadən bəyan edib ki, Putin qan xərçəngindən əziyyət çəkir və yaxın zamanlarda o, əməliyyat ediləcək.

Feyqin qeyd edib ki, bu, qabaqcadan Rusiya hərbçilərinin mənəvi ruhunu sarsıtmaq məqsədilə qəsdən yayılan saxta məlumat da ola bilər.
 
"Bunu təkzib etmək üçün Putin deməlidir ki, "məndə qan xərçəngi yoxdur, baxın, mən ştanq qaldıra bilirəm, "jim" edirəm, xüsusi ayaqyoluna getmirəm", - Feyqin deyib və əlavə edib ki, Qərb bu ideyanı, yəni Rusiya prezidentinin səhhəti mövzusunu qabartmaqla neqativ "mənəvi- psixoloji durum" yaradır.
 
"Baxın, əgər baş fürer istənilən an canını tapşıra bilərsə, əsgər niyə döyüşməlidir ki?", - Feyqin ritorik sual edib.
 
Öz növbəsində Arestoviç əmin edib ki, Putinin səhhəti ilə bağlı şayiələr saxta informasiya deyil və Rusiya prezidenti həqiqətən xəstədir.
 
"Bizdə məlumat var ki, haradasa bir həftə öncə Putin üçün təcili yardım çağırılıb. Həm də ona birbaşa yatağında yardım edilib, - o, belə deyib. - Hətta bu informasiya olmasa belə, Putinin görkəminə baxın...Hərbi paradda sağ ayağını necə sürükləyib, əlini büküb, səndələyib...rəngi avazımış, bədbəxt, iztirab içində olan qocanı xatırladıb".
 
Rusiyalı hərbçilərinin mənəvi- psixoloji durumuna gəldikdə, Arestoviç Baydenin sözlərini xatırladıb:

"Putin getməlidir, bu adam bizə lazım deyil. Geosiyasi məqsədlər artıq müəyyən edilib".
 
Arestoviçin sözlərinə görə, bu bəyanatla Qərb Rusitanın siyasi, iqtisadi və hərbi elitasına Kremlin törətdiyi müharibədə yaranmış "dalan vəziyyəti"ndən "çıxmağın strategiyası"nı anladıb: onlar Putindən yaxa qurtarmalıdır.
 
"Siz tez və ya gec ölümcül xəstə ətrafında həmrəylik nümayiş etdirirsiniz (bu,  ehtimal ki, gec yox, tez baş verəcək). Bəs sonra? Sonra mirasın bölünməsi başlayacaq, dərhal koalisiya yaradılacaq və bir andaca dağılacaq, qarşılıqlı həbslər olacaq, aviaqəzalar baş verəcək və s. Ani dalğa Rusiyanın yuxarı təbəqəsini bürüyəcək. Ən əsası, aydın olacaq ki, əvvəlki siyasəti davam etmək mümkün deyil...

Yeni rejim maksimum bir həftə çəkəcək. Sonra Rusiyanın beynəlxalq aləmə dönməsini istəyən insanlar qalib gələcək", - Arestoviç deyib və əlavə edib ki, Putinin ətrafı ciddi surətdə öz perspektivləri barədə düşünməlidir.
 
Xatırladaq ki, bir qədər əvvəl Britaniyanın "Sun" nəşri məlumat verib ki, 69 yaşılı Putin tezliklə cərrah bıçağı altına düşməli olacaq və Kremlə müvəqqəti olaraq Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev rəhbərlik edəcək.

 AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın