Zelenskidən Putini əsəbləşdirəcək təşəkkür - Rus oliqarxlarla bağlı

Dünya / Manşet
 14-05-2022, 14:00     594


Vladimir Zelenski İtaliyaya çağırış edib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, o, bu barədə İtaliyanın "Rai 1" kanalının efirində bildirib.

"Rus turistlərə mədəni şəkildə müqavimət göstərilməlidir ki, onlar xoş qarşılanmadıqlarını bilsinlər. Düşünürəm ki, bu, turizmlə bağlı güclü addımdır. Hətta döyüş meydanında olmayanlar belə, susurlar, onlar öz siyasi liderlərinin yanındadırlar”, - deyə Zelelnski deyib.

Bundan əlavə o, Avropa Birliyinə rus oliqarxlarının aktivlərinin blokadasına görə təşəkkür edib və bildirib ki, Avropaya tətilə gələn sadə insanlar da eyni təzyiqi hiss etməlidirlər.

AZƏRBAYCANREALLIĞI.COM